Bilik Fondu - Azərbaycançılıq məfkurəsinin gerçək daşıyıcısı TƏHLİL

Bilik Fondu - Azərbaycançılıq məfkurəsinin gerçək daşıyıcısı TƏHLİL

Qarşıya qoyulan vəzifələr Fond tərəfindən layiqincə yerinə yetirilir, o cümlədən, görülən hər bir işlər öz səmərəli bəhrələrini verir

Məlum oldduğu kimi, 2014-cü ilin 7 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Bilik Fondu fəaliyyətə başlayıb. Belə ki, Fondun əsas fəaliyyəti ölkənin gəncləri və yeniyetmələri bütün əhəmiyyətli sahələr üzrə maarifləndirmək və bu istiqamətdə layihələr reallaşdırmaqdan ibarətdir. Artıq, təsis olunmasından keçən 4 ildə Bilik Fondu ölkə gəncləri və ictimai rəyi arasında kifayət qədər populyarlıq qazanmış təşkilat olaraq, daha prioritet istiqamətlər üzrə planlar qurur, məqam və məramlarını daha geniş spektrda gerçəkləşdirmək məqsədini daşıyır.

Prioritet istiqamətlər reallaşdırılır, uğurlu layihələr həyata keçirilir

Ümumiyyətlə, istər regionda, istərsə də beynəlxalq arenada Azəraycan dövlətinin daxli və xarici siyasətinin mahiyyətini də ictimaiyyətə çatdırmaq yönündə fəaliyyətini aparan Fondun uğurları davamlı şəkil almaqdadır. İstər milli mənəvi, istər dini, istər tarixi, istərsə də digər sahələr üzrə keçirilən çoxsaylı tədbirlərdə, həyata keçirilən layihələrdə azərbaycançılıq məfkurəsi əsas olaraq götürülür, bu məfkurə dövlətçilik və onun qorunması, vətəndaşlıq faktoru, eləcə də digər məqamları özündə birləşdirir. Məhz bu baxımdan, əsas məqsəd gənclərin və yeniyetmələrin, bütövlükdə isə ictimaiyyətin müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi, onların şəxsiyyət kimi inkişafının təmin edilməsi, onların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstəyin göstərilməsi, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsinin təbliğidir ki, yarandığı dövrdən hazırkı günümüzədək bu kimi layihələrin hər biri uğurla həyata keçirilib. Ümumiyyətlə, Azərbaycanın dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə bağlı təhlillər, beynəlxalq, regional və ölkədaxili proseslər öyrənilərək ictimaiyyətə çatdırılıb və bu gün Fondun tərəqqisi öz bəhrələrini verir.

Yeri gəlmişkən, bugünlərdə Bilik Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclasda Bilik Fondunun Himayəçilik Şurasının üzvləri – Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi–şöbə müdiri Əli Həsənov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, həmçinin təhsil nazirinin müavini Firudin Qurbanov iştirak ediblər.

Ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyəti ictimaiyyətin nəzərinə çatdırılır

Fondun icraçı direktoru O.Səmədov Bilik Fondunun əsas mahiyyəti və həyata keçridiyi çoxsaylı uğurlu layihləri ilə elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, azərbaycançılıq faktoru zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi layihələr, maarifləndirici proqramlar üzrə təşkil olunan mühazirələr, elmi-praktik konfranslar və seminarlar, müzakirələr və təqdimatlar, sərgilər və müsabiqələr, bölgələrdə fəaliyyət göstərən Bilik evlərində yerli gənclər üçün təşkil olunan təlim kursları və dərnəklər barədə geniş məlumat verib. Bir daha təsdiq olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında fəaliyyət göstərən Bilik Fondu əldə edilən nailiyyətləri ilə nəhəng işlərə imza atıb.

Fond vasitəsilə xalqımızın tarixi və mədəniyyəti, milli-mənəvi dəyərləri gənc nəslə daha yaxından tanıdılır

Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi–şöbə müdiri Əli Həsənov da bu təşkilatın dördillik fəaliyyətini müsbət dəyərləndirərək, dövlətimizin başçısının Sərəncamı ilə təyin olunmuş Şura üzvlərinin onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əmin olduğunu bildirib və qeyd edib ki, Fond, qarşıdakı illərdə də ardıcıl səmərli işlər aparmaqla, öz töhfələrini verməkdə davam edəcək. Əli Həsənov, eyni zamanda Bilik Fonduna dövlətin geniş ictimaiyyətə çatdırmaq istədiyi fikir və ideyaların sistemləşdirilməsi, milli təbliğatın forma və məzmun müxtəlifliyinin təmin olunması, Şura üzvlərinin Bilik Fondunun paytaxt və bölgələrdə keçirdiyi tədbirlərə dəvət edilməsi, Fond vasitəsilə xalqımızın tarixi və mədəniyyətinin, milli-mənəvi dəyərlərinin gənc nəslə daha yaxından tanıdılması, əhalinin maarifləndirilməsində kütləvi informasiya vasitələrinin imkanlarından daha geniş istifadə edilməsi, Azərbaycan reallıqlarının sosial şəbəkə istifadəçilərinin geniş auditoriyasına dəqiq və düzgün çatdırılması məqsədilə yeni maarifləndirici veb-saytın yaradılması ilə bağlı qiymətli tövsiyələrini verib.

Mədəniyyət naziri Əbülfəs Qarayev, Gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Təhsil nazirinin müavini Firudin Qurbanov da Bilik Fondunun gələcək fəaliyyəti barədə fikir və mülahizələrini bölüşüb, rəhbərlik etdikləri sahələr üzrə təklif və tövsiyələrini səsləndiriblər. Qeyd edilib ki, xüsusilə gənclərin Bilik Fondu vasitəsilə əlaqələndirilməsi, eləcə də əhalinin maarifləndirilməsi istiqamətində yeni layihələr həyata keçiriləcək.

Fondun yeni tərkibli Şuranın himayəçiliyi altında ölkədə bilikli insan kapitalının formalaşmasında bundan sonra da fəal iştirak edəcək

Onu da bildirək ki, Fondun Himayəçilik Şurasının sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmlə təhsilin inteqrasiyasında Bilik Fondunun fəal iştirakının təmin edilməsi, alimlərin gənclərlə canlı ünsiyyətə cəlb edilməsi, elmi turların və ekspedisiyaların təşkilinə dəstək göstərilməsi ilə bağlı məsələlərdən söz açıb, maarifləndirici layihələrdə AMEA institutlarının elmi kadr potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çəkib. Akademik həmçinin Şura üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Fondun yeni tərkibli Şuranın himayəçiliyi altında ölkədə bilikli insan kapitalının formalaşmasında bundan sonra da fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.

Bütün bunlar isə bir daha belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Bilik Fondu əhalinin maarifləndirilməsi ilə bağlı qarşısına qoyulmuş vəzifələrin icrası istiqamətində fəaliyyətini daha da təkmilləşdirmək əzmindədir. Mühazirə və təlimlərin coğrafiyasının yerlərdən daxil olan müraciətlər və keçirilən sosioloji sorğular əsasında genişləndirilməsi, mövzu rəngarəngliyinin təmin edilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə keçirilən maarifləndirici tədbirlərin keyfiyyətinin yüksəldilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi, Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar ölkənin bütün bölgələri əhatə olunmaqla silsilə mühazirələrin, “dəyirmi masa” və seminarların, kitab təqdimatları, sərgi, müsabiqə və bilik yarışmalarının təşkili, bilik evləri şəbəkəsinin genişləndirilməsi, Azərbaycan həqiqətlərini əks etdirən nəşrlərin, elmi-kütləvi ədəbiyyat nümunələrinin hazırlanması işinə, müvafiq mövzularda sənədli filmlərin və sosialyönümlü videoçarxların çəkilişinə yaxından dəstək göstərilməsi, maarifləndirici fəaliyyətin sosial sifariş əsasında daha da təkmilləşdirilməsi məqsədilə həyata keçirilən, gerçəkləşdirilən hər bir layihə eyni zamanda belə deməyə əsas verir ki, ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin maarifləndirilməsi, müxtəlif elm sahələri üzrə biliklərinin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması ilə bağlı verdiyi tapşırıqları bilavasitə Bilik Fondu tərəfindən layiqincə yerinə yetirilir, o cümlədən, görülən işlər öz səmərəli öz bəhrələrini verir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə