Pew Researgh Center-in araşdırmasına və keçirdiyi sorğusuna görə, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampı dünya miqyasında etimad reytinqində qabaqlayıb. SİA xəbər verir ki, bu barədə Kommersant.ru yazır. Belə ki, aparılan araşdırmaların nəticələrinə görə, Putinin xarici siyasətini savadlı şəkildə qurmasını sorğuda iştirak edən 30% insan dəstəkləəyib. Tramp isə bu məsələdə 3 % geriləyərək, 27% səs toplaya bilib. Beləliklə, Putin həmin sıralamada 4-dü, Tramp isə 5-ci yeri tutub.
Reytinq sorğusunun birinci yerini Almaniyanın kansleri Angela Merkel tutur. Belə ki, beynəlxalq məsələlərdə sorğusu keçirilənlərin 52%-i ona etimad etdiklərini sərgiləyiblər.
İkinci yerdə isə Fransa prezidenti Emmanuel Makron qərar 46 %-lə tutub.
Üçincü yerə isə beynəlxalq etimad baxımından 34% səslə Çin Xalq Respublikasının sədri Si Tzinpin daxil olub.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB