İsveçrənin Cenevrə şəhərində "Seçimlərə şərait yaratmaq: əhali dinamikası və dayanıqlı inkişaf" mövzusunda regional konfransda keçiriləcək.
Parlamentin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə , Milli Məclisin deputatı Məlahət İbrahimqızı konfransda iştirak etmək məqsədilə sentyabrın 30-da bu ölkəyə səfər edəcək.
Konfrans 2030-cu il üçün Dayanıqlı İnkişaf üzrə gündəliyə uyğun olaraq, 2014-cü ildən sonrakı dövr üzrə qiymətləndirmənin aparılması məqsədilə BMT-nin Avropa üzrə İqtisadi Komissiyası və BMT-nin Əhali Fondu tərəfindən təşkil olunub. Toplantıda milli, regional və qlobal səviyyələrdə Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın (ƏİBK) Fəaliyyət Proqramının icrasına dair son 20 ildə əldə edilmiş nailiyyətlər diqqətə çatdırılacaq.
Deputatımız mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verəcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB