Qan Donorları Assosiasiyası İctimai Birliyi "Yaşamağım üçün qan verərsən?" devizi altında silsilə şəkilli qanvermə aksiyalarına start verib. Bu barədə SİA-ya Qan Donorları Assosiasiyası İctimai Birliyindən məlumat daxil olub. Məlumatda bildirilir ki, aşürədən bir həftə öncə başlanan qanvermə aksiyaları insanların öz xeyir əməllərini tələsmədən etmələrinə imkan yaradacaq. Bunun üçün müxtəlif sosial şəbəkələrdə elanlar yerləşdirilməklə insanlar təlimatlandırılır və qanverməyə dəvət olunur.
Aksiya zamanı toplanan qanlar yaxın günlər ərzində irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, ölkədə qan donorluğu sahəsində fəaliyyət göstərən birliklər arasında Qan Donorları Assosiasiyası aktiv yer tutub. Assosiasiyanın əsas məqsədi insanları düzgün maarifləndirərək könüllü qanverməni genişləndirməkdir. Bu məqsədlə də il ərzində etdiyi bütün qanvermə aksiyalarını elanlar şəklində edir və bu da insanların könüllü qoşulmasına səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170

USD
EUR
GBP
RUB