"Rusiya-Azərbaycan münasibətləri münaqişənin ədalətli həllinə səbəb olacaq" RƏY-ÖZƏL

"Rusiya-Azərbaycan münasibətləri münaqişənin ədalətli həllinə səbəb olacaq" RƏY-ÖZƏL

“Artıq uzun xeyli müddətdir Rusiya ilə Azərbaycan arasında tarixən mövcud olan əməkdaşlıq, tərəfdaşlıq, müxtəlif istiqamətdə əlaqələr daha yüksək səviyyədə inkişaf etməkdə davam edir. Təbii ki, bu, ürək açan haldır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Rusiyanın dünyanın böyük və güclü dövlətlərdən biri olduğunu deyən deputat söyləyib ki, qonşu dövlətin həm də Cənubi Qafqazda Ermənistan üzərində nəzarəti və nüfuzu daha güclüdür.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan əlaqələrinin genişlənməsi, yüksələn xətlə davam etməsi, Azərbaycan üçün bütün istiqamətlərdə çox vacibdir: “ Münasibətlərin bu cür yaxşılaşması və irəliləməsi, hesab edirəm ki, ölkəmizin bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə ədalətli həll olunmasına gətirib çıxaracaq”.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin sentyabrın 1-də Soçiyə səfəri, eləcə də sentyabrın 27-də Putinin ölkəmizə gəlməsi, bu səfərlər arasında başlanan iş birlikləri, imzalanan sənədlər, bağlana müqavilələr göstərir ki, bu gün Azərbaycan-Rusiya əməkdaşlığı, tərəfdaşlığı çox yüksək səviyyədədir: “Bu əməkdaşlıq hər iki dövlətin xeyrinədir. Rusiya tərəfindən qeyd edilən fikirlərdə qeyd olunur ki, Azərbaycan cənubi Qafqazda Rusiyanın ən etibarlı tərəfdaşıdır. Bu fikir çox şeydən xəbər verir. Sevindirici haldır ki, tarixin bu dövründə Rusiya ilə Azərbaycan münasibətləri çox yüksək səviyyədə inkişaf edir və genişlənir. Hesab edirəm ki, gələcək də biz bu əməkdaşlığın xeyirlərini daha çox görəcəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə