Dmitri Peskov: “Putin Paşinyanla Ermənistana səfəri müzakirə etməyib”

Dmitri Peskov: “Putin Paşinyanla Ermənistana səfəri müzakirə etməyib”

Rusiyanın prezidenti Vladimir Putin MDB ölkələrinin sammitində Ermənistanın baş naziri Nikol Paşinyanla və Moldova prezidenti İqor Dodonla ayaqüstü qısa görüş keçirib. SİA xəbər verir ki, bununla bağlı jurnalistlərlə söhbətində Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“O, Paşinyanla və Dodonla qısa söhbət aparıb”, deyə qeyd edən Peskov Putinin Ermənistana səfəri ilə bağlı müzakirə aparmadığını deyib: “Putin Digər operativ və mövcud məsələlər barədə danışıb, lakin Paşinyanla Ermənistana səfəri perspektivlərini müzakirə etməyib”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə