Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Alman şairi, publisist Henrix Heyne anadan olub (1797)
- I Napoleon Madridi tutub (1808)
- Rus qoşunu Port-Arturu işğal edib (1897)
- Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirov anadan olub (1910)
- Bakıda I Zaqafqaziya Sovetlər qurultayı başa çatıb. Qurultayda ZSFSR Konstitusiyasının qəbulu, Zaqafqaziya Sovet Federativ İttifaqının "Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası şəklində yenidən təşkil edilməsi" qərara alınıb (1922)
- İranda zəlzələ nəticəsində 2 000-dən çox insan həyatını itirib (1957)
- "Kosmosdan istifadə haqqında Saziş" imzalanıb (1963)
- Muəmmər Qəddafinin hakimiyyəti ələ almasından sonra, Britaniya qoşunu Liviyanı tərk edib (1969)
- Müğənni Murat Nasırov anadan olub (1969)
- Malta Respublikası elan edilib (1974)
- Aktyor Tahir İmanov anadan olub (1974)
- Turqut Özal Türkiyənin 45-ci hökumətini qurub (1983)
- Pakistan Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb (1991)
- Azərbaycanın ilk səfiri etimadnaməsini İran prezidenti Haşimi Rəfsəncaniyə təqdim edib (1992)
- Azərbaycan Respublikası Kolumbiya ilə diplomatik əlaqələr qurub (1994)
- Kofi Annan BMT baş katibi seçilib (1996)
- Corc Buş ABŞ-ın 43-cü prezidenti seçilib (2000)
- Koalisiya qüvvələri Səddam Hüseyni gizləndiyi Tikrit şəhərində ələ keçirib (2003)

Bütün xəbərlər Facebook səhifəmizdə