Azər Həsrət: “Rusiya Azərbaycana daha çox diqqət ayırmağa başlayıb” AÇIQLAMA

Azər Həsrət: “Rusiya Azərbaycana daha çox diqqət ayırmağa başlayıb” AÇIQLAMA

“Hətta heç bir danışıq aparılmasa, sənəd imzalanmasa belə Rusiya prezidentinin Azərbaycana səfəri olduqca əhəmiyyətlidir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, çünki Rusiya dünyanın əsas qlobal güclərindən - söz sahiblərindən biridir: “BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bu ölkənin Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olması, prezident Putinin qısa müddətdə Azərbaycana təkrar səfər etməsi, eləcə də bu aralıqda Azərbaycan prezidentini öz ölkəsində qəbul etməsi olduqca əhəmiyyətli hadisədir. Həm də nəzərə alaq ki, ənənəvi olaraq Ermənistanın yanında olduğunu bildiyimiz Rusiya Azərbaycana daha çox diqqət ayırmağa başlayıb. Təbii ki, bu baxımdan səfərin özü, aparılan danışıqlar, gəlinən razılıqlar olduqca əhəmiyyətli hesab edilə bilər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə