Ermənistanın Baş hərbi İstintaq komitəsində hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi qaldırılıb. SİA “aysor.am”a istinadən xəbər verir ki, 26 sentyabr tarixində yerli vaxtla saat 20:10 radələrində N saylı hərbi hissənin müdafiə mövqeyində növbə çəkən kiçik çavuş Aqasi Derenikoviç Mkrtçyan odlu silahdan açılan atəş nəticəsində yaralanıb və hərbi hospitala çatdırılıb. Saat 21:20-də isə onun bioloji ölümü təsdiq olunub.
Faktla bağlı Ermənistanın müvafiq qanunlarına əsasən, cinayət işinə başlanılıb.
Xatırladaq ki, son vaxtlar Ermənistan ordusunda hərc-mərclik və daxili intriqalar pik həddə çatıb. Bunun nəticəsində hərbi hissələrdə bənzər ölüm hadisələrinin sayı çoxalıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB