EU Observer: “Dünya alt-üst oldu, Aİ Rusiya, İran və Çinlə ABŞ-a qarşı birləşdi”

EU Observer: “Dünya alt-üst oldu, Aİ Rusiya, İran və Çinlə ABŞ-a qarşı birləşdi”

BMT-nin Baş Assambleyasının 73-cü sessiyası bir sıra hadisələrlə yadda qaldı. SİA xəbər verir ki, onlardan biri də Avropa İttifaqının ABŞ-ın Rusiya və Çinə yönəlik siyasətinə qarşı çıxması oldu. Belçikanın EU Observer informasiya portalında bu barədə yazı dərc olunub və həmin yazıda bildirilir ki, Nyu-Yorkda baş tutmuş dünyanın ən böyük diplomatik tədbirində Avropa İttifaqı ilə Rusiya və Çinin həmrəyliyi nümayiş olundu. Yazıda qeyd edilir ki, Amerikanın lideri Donald Trampın İran ətrafındakı hadisələrlə bağlı sərgilədiyi yanaşmasından sonra sanki dünya baş-ayaq oldu.

“Nəticədə Trampın xarici işlər idarəsinin rəhbəri Mayk Pompeo “narahat və dərin təəssüf hissi”keçirdiyini demək məcburiyyətində qalıb”, EU Observer yazır.

Qeyd olunur ki, baş verənlər son 70 ildən sonra ABŞ və Avropanın “ümumi düşmən” hesab edilən Rusiyaya qarşı mövqelərində ilk fikir haçalanmasıdır.

Belə ki, Aİ-nin xarici işlər naziri Federik Moqerin Rusiyanın və Çinin İranı dəstəkləməsinə müsbət tərəfdən yanaşıb.

“Moqerinin irəli sürdüyü fikirləri kifayət qədər pozitivdir”. Bu fikirləri isə jurnalistlərlə söhbətində rusiyalı diplomat Vladimir Yermakov deyib. Yermakov öz fikirlərini Moqerinin Rusiyanın, Çinin, İranın, Fransanın, Almaniyanın və Böyük Brtitaniyanın xarici işlər naziri ilə keçirdiyi görüşlərindən sonra açıqlayıb.

“Aİ-yə üzv ölkələr İranla qanuni maliyyə tranzaksiyalarını təmin etmək üçün SPV – hədəfli mexanizm quracaqlar. Bu, Avropa şirkətlərinin İranla ticarət əlaqələrini davam etdirməyə imkan verəcək, o cümlədən, digər partnyorlar üçün açıq olacaq”, Moreqin İranın xarici işlər naziri Cavad Zəriflə BMT-nin kuluarlarında jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, yaxın günlərdə Aİ-nin texniki ekspertləri bir yerı yığışaraq, detalları korrektə edəcəklər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə