Türkiyənin sabiq dövlət naziri: “Türkiyə türk respublikaları ilə bağlı siyasətində Azərbaycanı ön plana çıxarmalıdır”

Türkiyənin sabiq dövlət naziri: “Türkiyə türk respublikaları ilə bağlı siyasətində Azərbaycanı ön plana çıxarmalıdır”

İstanbul Universiteti müəllimi və sabiq dövlət naziri Ahat Andican türk respublikalarının olduğu bölgənin strateji bir bomba olduğunu bildirib. SİA-nın "Doğan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Atatürk Universiteti Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil edilən "Qlobal güclər oxunda Orta Asiya türk respublikaları və Türkiyə" adlı konfransda çıxış edən professor "Türkiyə, bölgədə Azərbaycan mərkəzli siyasətini davam etdirməlidir" deyib. O, Türkiyənin Avropa Birliyinə üzv olacağı halda türk respublikaları ilə əlaqələrinə mənfi təsir göstərəcəyini qeyd edib.

 

İlk vaxtlar türk respublikalarının başqa ABŞ olmaqla Qərb cəmiyyətlərində, bir "qardaşlıq" hesab edildiyini, daha sonra bu ölkələrin dinə söykənən və ya milliyyətçi xarakteri daşıyan dövlətlər olaraq ortaya çıxdığını deyən A.Andican türk respublikalarının köhnə sovet sistemini müasir bir şəkildə mənimsəyərək bugünkü strukturlarını qurduğunu söyləyib. O, Çin, Rusiya, Qazaxıstan, Tacikistan və Qırğızıstandan ibarət Şanxay beşliyinin Avropa Birliyi və ABŞ-a qarşı Uzaq Şərq bloku şəklində yarandığını deyib. Türkiyənin bu birliyə qatılmasının hələlik mümkün olmamasına baxmayaraq, təşkilatda müşahidəçi statusda iştirakının vacib olduğunu ifadə edən professor bu bölgələri "enerji döyüşləri bölgəsi" kimi xarakterizə edib.

 

ABŞ, Çin ilə Rusiyanın bölgədəki neft və təbii qaz kimi böyük enerji mənbələrinə nəzarət etməyə çalışdıqlarını deyən A.Andican bölgədə Türkiyənin də nüfuz dairəsi qazanmaq istədiyini vurğulayıb: "Türkiyə Azərbaycan mərkəzli siyasətini davam etdirməlidir. Şanxay beşliyinin NATO-ya təsir edəcək hala gəlməsi halında NATO üzvü olan Türkiyənin türk respublikaları ilə bizim istədiyimiz kimi əlaqələr qurması gözlənilə bilməz. Ancaq Türkiyə bu istiqamətdə istəyinə çatmaq istəyirsə, Azərbaycan mərkəzli inteqrasiya siyasətini hər sahədə davam etdirməlidir. Türkiyənin türk respublikaları siyasətində Azərbaycanı ön plana çıxarmasının lazım olduğunu düşünürəm. Bundan əlavə bu respublikaların öz aralarında bir "Türkistan", ya da "Orta Asiya Respublikaları Birliyini" yaratmasını təmin edəcək fəaliyyətə Türkiyənin dəstək verməsi lazımdır".

 

"Türkiyə AB-yə üzv olacağı halda türk respublikaları üçüncü ölkə mövqeyində qalacaq" deyən A.Andican qeyd edib ki, bu gün verəcəyimiz qərar sabah problem yarada bilər: "Dünya siyasətində bir qarışıqlıq yaşanır. Gözünüzü qorxutmaq istəmirəm, amma siyasətin əsas vəzifəsi bu rəngarənglik içində doğru olanı ortaya çıxarmaq və buna uyğun uzunmüddətli siyasət yeritməkdir. 1990-cı illərin Türkiyəsinin türk respublikaları ilə əlaqələrinin istiliyini bu gün görə bilmirik".

Bütün xəbərlər Facebook səhifəmizdə