Qədim Gəncə ərazisindəki abidələrin qorunmasında problemlər var
Qədim Gəncə şəhərinin indi Samux rayonu ərazi vahidliyində olması abidələrin qorunmasında bir sıra problemlər yaradır. Bu barədə SİA-nın bölgə müxbirinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Gəncə Arxeoloji Ekspedisiyasının rəhbəri Arif Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hazırda abidələrin bir qismi Gəncə şəhərinin, bir qismi isə Samux rayonunun tabeliyindədir. Bu da abidələrin mühafizəsində bir sıra çətinliklər yaradır. "Bəzi abidələr var ki, onların Gəncə və ya Samuğa aid olduğunu müəyyənləşdirmək olmur. Belə faktlar da abidələrdə, onların ətrafında arxeoloji qazıntı işlərinin aparılmasına ciddi təsir edir", deyə A.Məmmədov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB