Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd olunub
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 80 illik yubileyinə həsr olunan mərasim keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, ali təhsil müəssisələrinin rəhbərləri, millət vəkilləri və təhsil ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADBTİA-nın rektoru, professor Ağacan Abıyev akademiyanın bütün kollektivini yubiley münasibətilə təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb. Azərbaycan təhsil sisteminə dövlət səviyyəsində lazımi səviyyədə diqqət və qayğı göstərildiyini deyən A.Abıyev vurğulayıb ki, Azərbaycan artıq öz təhsilini dünyanın inkişaf etmiş ölkələri ilə eyni səviyyəyə yüksəldə bilib: "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edim ki, Bədən Tərbiyəsi və İdman Akademiyası 80 il ərzində 17 mindən çox idman mütəxəssisi hazırlayıb. Akademiyanın məzunları müxtəlif dünya çempionatlarında, olimpiadalarda, idman yarışlarında yüksək nailiyyətlər qazanıblar. Bu gün akademiyada 3300 tələbə təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 244 müəllim məşğul olur".
Tədbirin davamında çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu təhsil ocağı Zaqafqaziyada bədən tərbiyəsi üzrə ali təhsilli kadrlar hazırlayan ilk tədris müəssisəsi olub. Onun sözlərinə görə, 80 il ərzində akademiya böyük inkişaf yolu keçib, zəngin ənənələrə malik olan elm və tədris ocağına çevrilib.
"Fərəhlə deyə bilərik ki, 80 ildə akademiyanın professor-müəllim heyəti yüksək ixtisaslı bədən tərbiyəsi müəllimləri və məşqçilər hazırlamaqla yanaşı, respublika idmanının şərəfini yüksəldib, Azərbaycan dövlətinin bayrağını dünyanın müxtəlif ölkələrinin idman arenalarında dalğalandıran, himnini səslədirən yüzlərlə idmançı yetişdirib. Bu, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının güclü, təcrübəli kadrlara malik olduğunu bir daha göstərir. 80 illik yubiley ilə əlaqədar ölkə başçısı tərəfindən akademiyanın bir sıra müəllimlərinin müxtəlif fəxri adlara, orden və medallara layiq görülməsi ilə bağlı sərəncamlar imzalayıb. Bu dövlət başçısının yubiley ərəfəsində sizlərə böyük hədiyyəsi, bədən tərbiyəsi, idmana olan diqqət və qayğının təzahürüdür. Bir daha akademiyanın rəhbərliyini, müəllim və tələbə kollektivini 80 illik yubiley münasibətilə təbrik edir, hamınıza idmançı sağlamlığı, mübarizə əzmi və yeni-yeni uğurlar arzulayıram", - deyə nazir qeyd edib.
Sonra gənclər və idman naziri Azad Rəhimov prezidentin sərəncamı ilə fəxri adlara, orden və medallara layiq görülən müəllimlərə mükafatları təqdim edib.
Təhsil naziri Misir Mərdanov isə çıxışında ali təhsil müəssisələrinin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsini yüksək qiymətləndirib: "Bir vaxt var idi ki, universitetlərin yubileylərinin keçirilməsinə diqqət yetirilmirdi. Məsələn, Bakı Dövlət Universitetinin 70 illik yubileyi qeyd olunmamışdı. Ancaq universitetin 75 illik yubileyinin keçirilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev sərəncam imzalanmışdı. Bunlar da Heydər Əliyevin qoyduğu uğurlu yolun, İlham Əliyev tərəfindən davam etdirilən fəaliyyətin nəticəsidir. Bütün bunlara görə təhsil işçiləri adından prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Son 16-17 il ərzində Azərbaycan idmançıları olimpiada, dünya çempionatlarında uğurlu nəticələr əldə edir və bu da Bədən Tərbiyəsi və İdman Akademiyasına verilən qiymətin nəticəsidir. Bu diqqət və qayğının formalaşması akademiya rəhbərinin özündən asılıdır və burada Ağacan Abiyevin xüsusi rolu var".
Tədbirin davamında çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev və başqaları çıxış edərək 80 illik yubiley münasibətilə akademiyanın kollektivinə öz təbriklərini çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB