Lənkəranda Korrupsiyaya qarşı mübarizə günü ilə bağlı tədbir keçirilib
Dekabrın 9 - da "Şəffaflıq Azərbaycan" Korrupsiyaya qarşı Mübarizə Təşkilatının Lənkəran Regional Mərkəzində Korrupsiyaya qarşı Ümumdünya Mübarizə günü ilə əlaqədar dəyirmi-masa keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, dövlət qürumlarının, QHT və KİV nümayəndələrinin qatıldığı tədbirdə Lənkəran nümayəndəliyinin rəhbəri Afiq Məlikov çıxış edərək korrupsiya və onun cəmiyyətdə törətdiyi fəsadlar barədə geniş məlumat verib.
Sonra təşkilatın hüquqşünası Ehtiram Fəttahyev 2010-cu il üzrə Korrupsiya Qavrama İndeksi və ölkə başçısının 2007-ci il 28 iyul tariхli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" haqqında söhbət açıb.
Daha sonra Mərkəzin bir qrup könüllüsü tərəfindən rayon ictimaiyyəti arasında "qapıdan - qapıya" kampaniyası keçirilib və əhaliyə 100-dən artıq müvafiq buklet və vərərqələr paylanılıb. Kampaniya zamanı əhaliyə Mərkəzin qaynar xətti (088 303 03 03) ilə bağlı məlumat da verilib.
Qeyd edək ki, "Şəffaflıq Azərbaycan" Korrupsiyaya qarşı Mübarizə Təşkilatının Lənkəran Regional Mərkəzi ATƏT-in maliyyə dəstəyi ilə "Qanunun Aliliyi və Hüquqi Resurs Mərkəzi" layihəsi çərçivəsində vətəndaşlara pulsuz hüquqi xidmətlər göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB