Mariya Zaxarova: “Bu səhvlər cinayətdən də betərdir” İTTİHAM

Mariya Zaxarova: “Bu səhvlər cinayətdən də betərdir” İTTİHAM

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, ABŞ-ın Yaxın Şərqdəki fəaliyyəti son onilliklərdə qlobal fəlakətlərə səbəb olub. SİA xəbər verir ki, M.Zaxarovanın “Baltic Weekend” - kommunikasiya forumu kuluarında “Sputnik” radiosuna verdiyi müsahibəsində dediyi sözlər Suriyanın sana.sy saytın rusdilli bölməsində yerləşdirib.

“Bunlar yalnız səhvlərdirmi”, sualını irəli sürən Rusiyanın XİN rəsmisi hesab edir ki, bu cür fəaliyyət cinayətə bərabərdir: “Yəqin, bunlar elə səhvlərdir ki, cinayətdən də betərdir”.

Xatırladaq ki, M. Zaxarova daha öncə də ABŞ-ın Yaxın Şərq siyasətini sərt şəkildə tənqid edən bəyanatı ilə yadda qalmışdı. O, ABŞ-ın İrana qarşı sanksiyaların bərpasının Yaxın Şərq regionu da daxil olmaqla, uzunmüddətli neqativ izlər qoyacağını bildirmişdi.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə