Müharibə başlasa Ermənistanın müttəfiqi kim olacaq?

Müharibə başlasa Ermənistanın müttəfiqi kim olacaq?

Ermənistan tərəfindən, daha doğrusu, bu ölkənin parlamenti tərəfindən “Şant–2018” hərbi təlimləri çərçivəsində Azərbaycana qarşı müharibə elan edilməsi beynəlxalq ictimaiyyətlə yanaşı ermənilərin özlərini də şoka salıb. Müharibə elan edilməsi Ermənistan ictimaiyyəti arasında müzakirə mövzusuna çevrilib və işğalçı ölkənin Kütləvi İnformasiya Vasitələrində bu müzakirələr öz əksini də tapır.

Ermənistana məxsus armenianreport.com saytında ölkələrinin tamamilə müttəfiqsiz, tərəfdaşsız qaldığı etiraf olunur. Daxili siyasi krizis səbəbindən bataqlıqda batmamaq üçün mübarizə apardıqları hazırki ərəfədə həm Ermənistan, həm də qondarma Dağlıq Qarabağ rejimi üçün Azərbaycanın hərbi təhlükəli olmasını inkar etməyin mümkünsüzlüyü vurğulanır. Qeyd olunur ki, ermənilər üçün ən narahatlıq doğuran məqamın isə məhz müttəfiqsiz qalmalarıdır. Bir sözlə, müharibə müttəfiqsiz Ermənistanı sonu deməkdir.

İranın Suraiya və daxili problemlərə başının qarışdığını nəzərə çatdıran saytda eyni zamanda etiraf edilir ki, Ermənistanın Azərbaycanla müharibə aparacağı təqdirdə İran onlara öz köməyini göstərə bilməyəcək. Eyni zamanda o da etiraf edilir ki, rəsmi Bakı və Tehran arasında heç bir əvvəlki fikir ayrılığı belə qalmayıb. Əvəzində isə İran və Azərbaycan arasında mövcud və gələcək layihələr ermənilərin arzu etmədiyi bir sürətlə artır. Bütün bu səbəblərin İranın Azərbaycanla müttəfiq olduğunu təsdiq etməsə belə, Ermənistanla müttəfiq olmaması anlamına gəldiyini yazan sayt İranın da müttəfiq olmadığını aydın şəkildə etiraf edir.

Qonşu Gürcüstanla münasibətlərə toxunan sözügedən saytda etiraf olunur ki, yeni hakimiyyət bu qonşu dövlətlə münasibətlərin gələcək perspektivlərindən dəm vursa da Gürcüstanın Azərbaycanla sıx əməkdaşlıqları var. Gürcülərin Bakıdan neft, qaz aldıqları, nəqliyyat lahiyyələrindən qazanc əldə etdikləri da ön plana çəkilir. Bu əməkdaşlıqların, müqavilələrin fonunda isə heç bir erməni Paşinyanın və onun hakimiyyətinin sözlərinə inanmır və Gürcüstanın da Ermənistanla deyil, Azərbaycanla müttəfiq olduğu nəzərə çatdırılır.

Armenianreport.com saytı Türkiyədən danışmağın belə lüzumsuz olduğunu yazır və xüsusilə qeyd edir ki, Türkiyə Prezidenti Bakıya o qədər tez-tez və mütəmadi olaraq gəlir ki, elə bil o öz evinə gəlir. Bu ölkələr arasında siyasi, iqtisadi əlaqələrin günü-gündən artdığını, möhkəmləndiyini diqqətə çatdıran sayt, rəsmi Ankaranın Bakıya hərtərəfli hərbi dəstək verəcəyini bildirməkdən çəkinmədiyini də önə çəkir və şərti düşmənə, yəni məhz işğalçı ölkəyə qarşı Azərbaycanla birgə hərbi təlimlər keçirməsini xüsusilə nəzərə çatdırır. Bununla da Türkiyənin əsla onlarla deyil, Azərbaycanla nəinki müttəfiq, hətta dost, qardaş ölkə olduğunu vurğulayır.

Ermənistana məxsus bu sayt Rusiya ilə münasibətlərdə də özlərinə qarşı təhlükəli dönüş öldüğündan təəssüf hissi keçirir. Moskva və Bakının aktiv əməkdaşlığına diqqəti cəlb edən sayt, ələlxüsus hərbi əməkdaşlığından narahatçılığını da gizlətmir. Armenianreport.com saytı Rusiyanın Azərbaycanı bundan sonra da silahlarla təmin edəcəyindən narahatlıq keçirdiyini açıq-aşkar biruzə verir. Hətta Putinin 25 sentyabr tarixində Bakıya rəsmi səfərindən ermənilərin qıcıqlandığı da müşahidə olunur və görünür ki, ermənilər rusları bir zamankı müttəfiq kimi itirdiklərindən çox peşimandırlar və dərk edirlər ki, artıq Rusiya bu işğalçı dövlətin müttəfiqi, tərəfdaşı sayıla bilməz.

ABŞ və Avropa ilə münasibətlərə gəlincə sözügedən saytda yazılır ki, demokratiya uğrunda mübarizə layihələrinin, vədlərinin əbəs olduğu göz qabağındadır və bu ölkələr Ermənistanın arxasında durmaq, tərəfini saxlamaq fikrində belə deyillər. Trampın Paşinyanla görüşdən imtina etməsi isə ermənilərin ruhunu tamailə sarsıdıb. Hətta Azərbaycana təzyiqlər əvəzinə münasibətlərini genişləndirir, etimad edirlər. İsrailin Azərbaycana özünün ən müasir silahlarını satdığından narahatlığını gizlətməyən erməni saytı, həmin ölkənin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfərini, şəhidlər xiyabanını, Qarabağ uğrunda şəhid olmuş yəhudi əsilli Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət etməsini siyasi jest adlandırmaqdan da çəkinmir.

Göründüyü kimi, armenianreport.com saytının timsalında Ermənistanın Kütləvi İnformasi Vasitələri işğalçı dövlətin meydanda tək, müttəfiqsiz qaldığını etiraf edirlər. Hətta bir zamanlar müttəfiq hesab etdikləri ölkələrdən, tərəfdaşlardan da əllərinin üzüldüyünü qəbul edirlər. Belə bir vəziyyətdə, yəni təklənmiş halda, Azərbaycana, özü də müttəfiqləri durmadan artan bir ölkəyə müharibə elan edilməsini erməni KİV-ləri Ermənistanın ağılsız addımı kimi dəyərləndirirlər. Ümumiyyətlə, nəinki erməni mediası, o cümlədən Ermənistan cəmiyyəti Paşinyanın, onun rəhbərlik etdiyi yeni hakimiyyətin sərsəmliyini heç çür başa düşə bilmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə