YAP-da DEMYC-nin Mərkəzi Şura iclası keçirilib FOTOLAR

YAP-da DEMYC-nin Mərkəzi Şura iclası keçirilib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Avropa Demokratik Gənclər Birliyinin (DEMYC) Mərkəzi Şura iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, şuranın iclasını açan DEMYC-in sədri Havier Hurtado ilk olaraq Azərbaycana səfər etməkdən məmnun olduğunu bildirərək ölkəmizlə bağlı xoş təəssüratlarını ifadə edib. O, həmçinin YAP Gənclər Birliyi ilə fəal əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

DEMYC-in əməkdaşlıq platforması olduğunu söyləyən Havier Hurtado qurumun Avropanın ən güclü gənclər təşkilatından biri olduğunu vurğulayıb. O, daha sonra Şuranın iclasındakı məsələlər barədə məlumat verib. İclasda YAP Gənclər Birliyinin və İCAPP-ın gənclər qolunun nümayənələrinin də iştirak etdiyini deyən təşkilat sədri bunun gözəl bir əməkdaşlıq platforması olduğunu söyləyib.

Daha sonra iclasın gündəliyindəki məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, DEMYC-in Şura iclasında Ermənistan-Azərbaycan, dağlıq qarabağ münaqişəsi haqqında təqdimat olub. Təqdimatda Qarabağın tarixi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə dair faktlar slaydlarla təqdim edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə