"Novo Nordisk" şirkəti 2003-cü ildən diabet mövzusunun (tibbi aspektlər nəzərə alınmamaqla) mediada yüksək peşəkarlıqla işıqlandırılmasını maddi cəhətdən stimullaşdırmaq məqsədilə beynəlxalq mükafat təsis edib. SİA-nın xəbərinə görə, bu barədə Novo Nordisk şirkətinin Azərbaycan nümayəndiliyinin tibbi koordinatoru Vüsalə Məmmədova məlumat verib.
İndiyədək keçirilən müsabiqələrdə dünyanın 80-dən çox ölkəsi təmsil olunub. "Novo Nordisk" şirkətinin Azərbaycan nümayəndəliyi də media mənsublarımızın bu yaradıcılıq müsabiqəsində yaxından iştirakı üçün "Media Mükafat 2011" layihəsinə qoşulmağı qərarlaşdırıb.
Müsabiqədə kütləvi informasiya vasitələrində çalışan, ictimai əsaslarla əməkdaşlıq edən hər bir şəxs iştirak edə bilər. Müsabiqəyə təqdim olunan materiallar 10 dekabr 2010-cu ildən 30 aprel 2011-ci ilədək dövri mətbuatda çap olunmalı, yaxud telesüjet kimi televiziya kanallarında nümayiş etdirilməlidir (telesüjetlər 30 dəqiqədən artıq olmamalıdır). Materiallar diabetə aid olmalı: müalicə, yayılma, ictimayi-psixoloji aspektlər və onunla bağlı digər məqamları əhatə etməlidir. Reklam xarakterli materiallar müsabiqə üçün qəbul olunmur.
Ən yaxşı 3 jurnalıst işi seçilərək beynəlxalq münsiflər heyətinə təqdim olunur. Ölkə müsabiqəsinin qalibləri Azərbaycan nümayəndəliyinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaq. Beynəlxalq müsabiqənin qaliblərini isə 2011-ci ilin sentyabr ayında Portuqaliyada keçiriləcək mərasimdə diplomlar və 2000 avro dəyərində pul mükafatları gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB