Müxalifət partiya sədrlərinin adları və əməlləri hər kəsə bəllidir
Bu gün hamıya bəllidir ki, dağıdıcı müxalifətin, nəinki bugünkü, ümumiyyətlə, atdığı bütün addımlar xaricdəki erməni lobbi təşkilatlarının və xaricdəki anti-Azərbaycan qüvvələrin fəaliyyəti ilə paralellik təşkil edir. Azərbaycan dövlətinə və millətinə qarşı anti-təbliğat kampaniyası aparan erməni lobbisinin vasitəsinə çevrilməklə, məhz onların planı əsasında fəaliyyət göstərən düşərgə "liderləri" olan Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli, Leyla Yunus, Xədicə İsmayıl, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli kimi bədnam ünsürlər azərbaycanlıları təhqir edən ermənipərəst təbliğatı aparmaqdan belə usanmayıblar. Xüsusilə, özünü demokratik qüvvələrin "Milli Şura"sı adlandıran qondarma qurum yarandığı gündən indiyədək ermənilərə xüsusi rəğbəti ilə seçilir. O da faktdır ki, dağıdıcı müxalifətçilər Azərbaycan əleyhinə olan bütün məsələləri dəstəkləyirlər. Bu mənada, "Milli Şura" şinelinə girən narazılar ermənilərə dost deyib, onları qardaş kimi qəbul etdiklərini etiraf edirlər. Elə götürək, "Milli Şura"nın sabiq fəxri sədri Rüstəm İbrahimbəyovu. Hər zaman ermənilərə xüsusi simpatiyası ilə seçilən bu adam hesab edir ki, ermənilər azərbaycanlıların düşməni deyil: "Ancaq mən səmimi-qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez, mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər". Bir də R.İbrahimbəyovun bitməyən erməni sevgisini etiraf etməsi ilk dəfə deyil. Məhz onun 2008-ci ildə Rusiya mətbuatına verdiyi müsahibədə də bu sevgisini gizlətmədiyini, ermənilərə rəğbət bəslədiyini vurğulamışdı. Bu gün də R.İbrahimbəyovun ən yaxın silahdaşları, məhz ermənilərdir.
"Milli Şura"nın sədri C.Həsənli də ermənilərə svgisinin heç də İbrahimbəyovdan az olmadığını bildirib. Bu isə, bir daha C.Həsənlinin əsl xislətini ortaya qoydu. Bir məqamı da xatırlatmaq yerinə düşər: bu adamın "sevgili millət, uca xalq" xitabı çap olunmuşdu. Sual ortaya çıxır: C.Həsənli günahsız azərbaycanlıları qətlə yetirən, insanları evlərindən didərgin salan, erməniləri özləninə dost sayan bu satqın və cinayətkarlardan başqa münasibət gözləmək olmaz. Bir medalın o biri üzü olan Ə.Əylisli də "Daş yuxular"ında ermənilərə olan məhəbbətini nümayiş etdirir: "Erməni olsaydım, bundan xəcalət çəkməzdim". Haqlı olaraq, cəmiyyət Ə.Əylisliyə etirazını bildirdi və o qazandığı bütün titullardan məhrum edildi.
Bu siyıhı uzandıqca-uzanır. "at ilxısı, köpəy sürüsü olan bu satqınlardan "Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşı Rauf Mirqədirov da ermənilərlə iş birliyinə görə həbs edilib. Barəsində vətənə xəyanət maddəsi ilə cinayət işi açılan Mirqədirov 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin, dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlər vasitəsilə düşmənə ötürürmüş.
Azərbaycan dövlətinin əleyhinə çirkin kampaniya aparan jurnalist X.İsmayıl da xüsusi erməni sevgisi ilə yaşayanlardandır. Azərbaycanda erməni sevgisi ilə alışıb-yanan Leyla və Arif Yunusovlar ermənilərin maraqlarına xidmət edən addımlar atıblar. "Hüquq müdafiəçisi" pərdəsi altında çirkin işlərə bulaşan Leyla Yunus həbsindən əvvəl "siyasi məhbus" kartından istifadə edərək, küllü miqdarda pullar qazanırdı. Bu pullar isə, ona erməni lobbisi və ya onların maliyyələşdirdiyi təşkilatlar tərəfindən ayrılırdı. Eyni zamanda, L.Yunus və A.Yunus fəaliyyətinin bütün dövrlərində antimilli, anti-Azərbaycan mövqeyi ilə tanınıb. L.Yunus hər zaman etiraf edib ki, onun təşkilatı, həmçinin, özü və əri illərdir ermənilərlə işbirliyindədir, müttəfiqdirlər.
Uzun illərdir Amerikada yaşayan ACP-nin keçmiş sədri Rəsul Quliyev hesab edir ki, ermənilər bizim düşmənimiz deyil. Bu baxımdan, o, düşmənə nifrət etmədiyini sosial şəbəkələr vasitəsilə açıq-aşkar bəyan etməklə əsl simasını göstərmiş oldu. Çünki belələrinin damarlarında illərlə xəyanət qanı axıb. Lənət olsun bu xəyanətkarlara!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB