Ermənistandan Suriyaya kimlər gedəcək?

Ermənistandan Suriyaya kimlər gedəcək?

Bir qrup ermənilərdən ibarət humanitar mütəxəssis, əsasən həkim və mühəndislər Suriyaya göndəriləcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan müdafiə nazirinin müavini Cəbriel Balayan bildirib.

Onun sözlərinə görə, qrup yalnız Ermənistan dövlətinin müvafiq şöbəsinə tabe olacaq və Ermənistan bayrağı altında fəaliyyət göstərəcək.

Ermənistanın fövqəladə və səlahiyyətli səfiri isə qeyd edib ki, Suriya proseslərinə qoşulma bu mərhələdə uzun müddətli olmalıdır: "Ümumiyyətlə, biz çox passiv diplomatiya nümayiş etdirdik. Bəli, indi bütün bunlar həyata keçirilir. Amma insani düşüncələrə əsaslanaraq obyektiv olmaq üçün bir sıra sürprizlər və təhlükələr ola biləcəyini söyləmək lazımdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə