Mehman Cavadoğlu: “Mövqeyimizin sübutu olan qərarlar qəbul etmişik”
"İndiyədək qəbul etdiyimiz qərarlar bizim birləşmə məsələsində maraqlı olduğumuzu göstərir". SİA-ya açıqlamasında bu sözləri deyən Müsavat Partiyasının başqan müavini Mehman Cavadoğlu bildirib ki, partiyanın mövqeyi ilə bağlı əlavə bir qərar qəbul etməyə ehtiyac yoxdur.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini agentliyimizə açıqlamasında bildirib ki, təmsil etdiyi partiyanın birləşmə məsələsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: "Sülhəddin Əkbər və İbrahim İbrahimli istefasından sonra açıqlamalar verildi ki, birləşmə ilə bağlı partiya daxilində mövqelər heç də birmənalı deyil. Müsavat Partiyası sonradan açıqlama verərək prosesdən çəkilmədiyini desələr də, onlardan bu mövqeyi sübut edəcək qərar gözləyirik".
M.Cavadoğlu qeyd edib ki, AXCP-Müsavat partiyalarının birləşməsi ilə bağlı Müsavatın da mövqeyi dəyişməzdir: "Birləşmə prosesi ilə əlaqədar müxtəlif fikrilər səslənməsinə baxmayaraq, partiyamızın mövqeyi bəllidir. Prosesin başa çatdırılmasında maraqlıyıq. Bununla bağlı indiyə kimi bir sıra qərarlar qəbul etmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB