Gəncə Avtomobil Zavodu yeni texnikaların istehsalına hazırlaşır. Azərbaycan, Almaniya və Belarus arasında imzalanan uzunmüddətli müqaviləyə uyğun olaraq Gəncə Avtomobil Zavodunun bazasında "Haller" markalı məişət tullantıları toplayan və daşıyan kommunal tipli avtomobillər yığılacaq.
Gəncə Avtomobil Zavodunun Satış Marketinq İdarəsinin rəisi Konstantin Barabanovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, yeni istehsal sexləri hazır vəziyyətə gətirilib. Belə ki, avtomobillərin yığımı aparılacaq sexdə avadanlıqların quraşdırılması işi ilin sonuna kimi yekunlaşacaq. İlkin mərhələdə 150 ədəd sözügedən modifikasiyalı texnikaların istehsalı nəzərdə tultulur.
Bildirək ki, avtomobillərin ehtiyat hissələri Almaniyanın "Haller" və Belarusun "MAZ" avtomobil zavodlarından gətirilərək Gəncədə yığılacaq. İlk olaraq daxili bazara çıxarılacaq yeni texnikaların sonradan qonşu dövlətlərin bazarlarında da satışı gündəmdədir. Kommunal tipli avtomobillərin istehsalı iş yerlərinin sayınıda artıracaq. Yeni tədbirlərin həyata keçirilməsi ilə müəssisədə əlavə 200 nəfərin işlə təminatı nəzəzrdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB