Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak ABŞ-ın siyasi səbəblər üzündən təkcə Türkiyəyə sanksiyalar tətbiq etmədiyini bildirərək deyib: "Türk iqtisadiyyatına istiqamətli hücum, iqtisadi gücün siyasi bir silah olaraq şüursuzca istifadə edilməsinin ciddi qlobal risklərə yol aça biləcəyi ilə bağlı məsələ ələ alınmalıdır. İndi, digər ölkələr Türkiyə ilə birlikdə hərəkət edərək, gələcək süni böhranlara qarşı ortaq strategiyaya öz töhfələrini verə bilərlər”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirlər Albayrakın Amerika Xarici Siyasət jurnalı üçün qələmə aldığı “ABŞ-ın qlobal iqtisadiyyatı idarə etmək üçün etibarlı ola bilməz" adlı məqaləsində öz əksini tapıb.
Xəzinə və maliyyə naziri Berat Albayrak söyləyib ki, Trampın Türkiyəyə səbəbsiz hücumundan sonra dünya özünü Vaşinqtonun iqtisadi gücündən qorumalıdır: “Bu ilin avqust ayında Türkiyə iqtisadiyyatı qlobal xəbərlərin ana mövzusu oldu. Bunun səbəbi qlobal iqtisadi sistemdə ən böyük oyunçu olan ABŞ tərəfindən Türk iqtisadiyyatına sistematik hücum idi. Bu, Türkiyə və ABŞ arasındakı ittifaq tarixinin ən xəyal incidici anlarından biri oldu. ABŞ prezidenti Donald Trump administrasiyası açıq şəkildə NATO üzvü ölkənin iqtisadiyyatına sanksiya verdi və tariflərə hücum etdi. Türk iqtisadiyyatı mənfi təbliğat və maliyyə sisteminə istiqamətli hücumlara qarşı gücünü göstərərək, güclü təməllərini ortaya qoydu. Ötən ay Türk lirəsinin ucuzlaşması ölkənin maliyyə quruluşu və bank sistemində, əhəmiyyətli heç bir dəyişikliyə səbəb olmadı”.
Türk hökumətinin sərmayəçi dost mühiti meydana gətirməyə qərarlı olduğunu ifadə edən Albayrak, bəzi iqtisadi zəifliklərin və potensial qüsurların qarşısının alınması məqsədilə addımlar atıldığını qeyd edib.
Nazir Albayrak məqaləsində həmçinin Türkiyə Respublika Mərkəz Bankının (TCMB) müstəqilliyinin, fəaliyyətinin və pul siyasətin lider rolunda qalmasını vurğulayıb: “Türkiyə, indiyə qədər olduğu kimi valyuta ehtiyatlarını beynəlxalq bazarlarda təmin etməyə davam edəcək. Bizim hədəfimiz Türkiyə xarici investisiyaların cəlb olunmasını davam etdirməkdir. Dünya kompleks sınaqlarla qarşılaşır. Vaşinqtonun beynəlxalq iqtisadiyyata və ticarətə qarşı təhdidləri bu sınaqların ciddi bir hissəsidir. Birtərəfli sanksiyalar, ticarət müharibələrinin təxribatı və iqtisadi silahların təsadüfi istifadəsi başqa bir qlobal cinayətə yol aça bilər. Bu mühüm kəsişmələrdə dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri potensial böhranların və maliyyə hücumlarının baş verə bilməsi üçün güclü və institusional əməkdaşlığa ehtiyac duyurlar. Türk iqtisadiyyatına edilən hücum, iqtisadi gücün siyasi silah olaraq istifadə edilməsinin ciddi bir qlobal riskə necə gətirə biləcəyinə bir nümunə olaraq alınmalıdır. İndi, digər ölkələr Türkiyə ilə birlikdə hərəkət edərək, gələcək süni böhranlara qarşı ortaq bir strategiya inkişaf etdirməyə qatqı təmin edə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB