Vüqar Rəhimzadə: “Xorvatiyada çox önəmli mesajlar verildi" ÖZƏL-MÜNASİBƏT

Vüqar Rəhimzadə: “Xorvatiyada çox önəmli mesajlar verildi" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, mən Azərbaycan və Xorvatiya dövlətləri arasındakı münasibətləri çox yüksək dəyərləndirirəm". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri hesab edirəm ki, Xorvatiya-Azərbaycan münasibətlərində daha da yeniliklərlə, uğurlu layihələrlə və işlərlə yadda qalacaq. Xorvatiya Respublikası Avropa ölkəsi olaraq hesab edirəm ki, qarşılıqlı faydalı, əhəmiyyətli müqavilələr, layihələr reallaşdırılacaq. Ona görə də Xorvatiya ilə bağlı cənab Prezidentin səfərində, görüşlərində Azərbaycan reallıqlarının, həqiqətlərinin həm Xorvatiya, həm də dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox önəmli mesajlar verildi və önəmli fikirlər qeyd olundu. Düşünürəm ki, bu münasibətlər Xorvatiya-Azərbaycan qarşılıqlı əməkdaşlıq, dostluq münasibətinin daha da yüksək səviyyədə inkişafına böyük bir təkan verəcək".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə edib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin "Franyo Tucman" aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. "Franyo Tucman" aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşıladılar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə