Əli Orucov: “Siyasi təşkilatların xaricdən maliyyə dəstəyi alması yolverilməzdir” AÇIQLAMA

Əli Orucov: “Siyasi təşkilatların xaricdən maliyyə dəstəyi alması yolverilməzdir” AÇIQLAMA

Dağıdıcı müxalifətin milli və dövlətçilik maraqlarına zidd fəaliyyət yolu tutmaları ilə yanaşı düşərgədaxili partiyalarla münasibətlərdə də anormal mövqe tuturlar. Müxtəlif blok və qurumların yarandıqdan az sonra dağılmasında da, AXCP, Müsavat kimi dağıdıcı xislətli partiyaların xüsusi rolu olub. Dəfələrlə iqtidar-müxalifət dialoqu keçirildiyi halda, AXCP və Müsavat partiyaları bu dialoqa qatılmayıblar. AMİP funksioneri Əli Orucov bizimlə söhbətində bunun səbəbini sözü gedən partiyaların sağlam siyasət aparmaq gücünə malik olmaları ilə əlaqələndirib: “AMİP ölkədə dialoq və plüralizm mühitinin inkişaf etdirilməsinin və formalaşdırılmasının tərəfdarı olub. Bütün problemlə və ziddiyyətlər dialoqdan keçir. Bunun üçün də imkanlar var. Qarşıdurmalar, gərginliklər ölkədə nə qədər şiddətlənərsə bir o qədər təhlükəli olar və düşmənlərimiz də təbii ki bunu arzulayır. Müxalifət təkcə AXCP Müsavatdan ibarət deyil. İkincisi də həmin partiyalar görsələr və inansalar ki, iqtidar həqiqətən də dialoqun tərəfdarıdır və bu iradə var, o zaman onlar da bu prosesə maraq göstərərlər. Ona görə də iqtidar-müxalifət dialoqu hamının istədiyi və maraq göstərdiyi addımdır. Bu addımı isə ilk növbədə hakimiyyət atmalıdır”.

“Cəmiyyətdə milli birliyin möhkəmlənməsi hansısa xırda iri problemlərin aradan qaldırılmasında bu cür görüşlərin keçirilməsi əhəmiyyətlidir. “Demək olarmı ki, bu gün müxalifət partiyalarının məqsədi adlarını müxalifət partiyası qoyaraq, xarici qüvvələrdən boş qalan ciblərini doldurmaqdır” sualına cavab olaraq Ə. Orucov bildirdi ki. müxalifət partiyalarının maliyyələşdirilməsi qanunvericiliyə görə dövlət tərəfindən həyata keçirilir: “Əgər hansısa müxalif partiya xaricdən bu və ya digər şəkildə maliyyə dəstəyi alırsa bunu hüquq-mühafizə orqanları üzə çıxarıb tədbir görməlidir. Çünki xaricdən maliyyələşmək o deməkdir ki, həmin partiya ona pul verənlərin təsiri altına düşür və ölkəmiz üçün potensial təhlükə mənbəyinə çevrilir. Dövlət fərq qoymadan bütün siyasi partiyaları özü maliyyələşdirməlidir ki, nə daxili, nə da xarici sponsorların təsiri altına düşməyib müstəqil fəaliyyət göstərə və dövlətin və xalqın maraqlarına xidmət edən qərarlar qəbul edə bilsin. Təəssüflər olsun ki, müxalifət partiyalarının fəaliyyəti o qədər ağırdır ki, hətta bir qismi xırda-para kommunal xərclərini belə ödəyə bilmir və bir qisminin oturmağa heç yeri yoxdur. Bildiyiniz kimi AMİP-in beynəlxalq əlaqələri geniş olduğumdan tez-tez əcnəbi partnyorlarımızla birgə tədbirlər keçiririk. Lakin biz onları qərargahımıza dəvət edib orda qəbul etməyə xəcalət çəkib, utanırıq. Ona görə də bir daha demək istəyirəm ki, biz iqtidarın düşməni yox, rəqibiyik. İnkişaf və tərəqqi isə düşmənçilik deyil, rəqabət olan yerdə mümkündür”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə