Zaqatala rayonunda ümumtəhsil məktəbləri arasında olimpiada keçirilib. Zaqatala rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanov SİA-nın bölgə müxbirinə açıqlamasında olimpiadaların keçirilməsinin əhəmiyyətindən danışıb: "Bu kimi olimpiadaların keçirilməsi şagirdlərin bilik səviyyəsinin yoxlanılması ilə yanaşı, eyni zamanda istedadlı şagirdlərin üzə çıxarılmasında böyük rol oynayır".
Rayonun aparıcı təhsil ocaqlarından olan Zaqatala şəhər Humanitar fənlər gimnaziyasının direktoru Məsumə Əfəndiyeva, Şəhər 1 saylı orta məktəbin direktoru Fatma İsrafilova, Şəhər 3 saylı tam orta məktəbin direktoru Elmira Hacıyeva və akademik Zərifə Əliyeva adına liseyin direktoru Vəfa Süleymanova da olimpiadaların keçirilməsinin önəmindən söhbət açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB