Yaponiya xarici işlər naziri Taro Kono sentyabrın 5-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
SİA-nın məlumatına görə, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Yaponiya xarici işlər nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB