Emin Həsənli: “Türkdilli dövlətlərin dünyada nüfuzu artır” ÖZƏL-MÜNASİBƏT

Emin Həsənli: “Türkdilli dövlətlərin dünyada nüfuzu artır” ÖZƏL-MÜNASİBƏT

“Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var”. Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, türkdilli dövlətlərin həm siyasi, həm də iqtisadi baxımından dünyada nüfuzu artır: “Bildiyiniz kimi gələcəkdə Türkmənistan qazının Azərbaycan üzərindən Xəzərin dibindən Avropaya çatdırılması məsələsi var. Eləcə də bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Biz türk millətinə mənsubuq. Bizim dilimiz, adət-ənənələrimiz eynidir. Mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması, beynəlxalq tədbirlərin keçirilməsi, adət-ənənələrimizin qorunması dünyada gedən siyasi proseslərdə bir-birinə dəstək vermək ürəkaçan amillərdəndir. Sevindirici haldır ki, Orta Asiya respublikalarının kursantları Bakıda Ali Hərbi Məktəbdə təhsil alır. Azərbaycan və Türkiyə daim birgə hərbi təlimlər keçirir.

Ümumiyyətlə Türkiyə, Azərbaycan, Cənubi Qafqaz, Orta Asiya dünyanın ən əhəmiyyətli regionunda birləşir. Avropa ilə Qərblə-Şərqin, Şimalla-Cənubun qovşaq bir yerində yerləşir. Yəni Azərbaycan da Türkiyə ilə Orta Asiya üçün bir əlaqə rolunu oynayır. Bu həm mədəni, həm də siyasi əlaqələrdir. Azərbaycan coğrafi baxımından elə yerdə yerləşir ki, Orta Asiya və Türkiyə ilə əlaqələr Azərbaycandan keçir. Rusiyanın, Tatarıstanın və Macarıstanın bura qoşulması isə sevindirici haldır. Bu dövlətlərlə hərtəfəli əməkdaşlıq region üçün həm siyasi, həm də iqtisadi baxımından çox önəmlidir. Biz bunu yüksək qiymətləndiririk. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu tipli tədbirlərə yüksək qiymət verir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə