Vüqar Rəhimzadə: “İdmançılarımız bütün idman növlərində peşəkarlıq nümayiş etdirib" ÖZƏL-MÖVQE
“Azərbaycan idmançıları hər zaman idmanın bütün növlərində yüksək peşəkarlıq nümayiş etdiriblər. İdmançılarımız Qırğızıstanın İssık-Kul gölünün sahilində yerləşən Baktuu-Dolonotu kəndindəki cıdır meydanında üçüncü Dünya Köçəri Oyunlarında da öz bacarıqlarını sınayacaqlar”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadənin sözlərinə görə, idman yarışlarının keçirilməsi dövlətlərin tanınması, eləcə də ölkələrin bayraqlarının yüksəldilməsi üçün kifayət qədər önəm kəsb edən böyük bir hadisədir: “Hesab edirəm ki, Qırğızıstanda keçirilən növbəti Dünya Köçəri Oyunlarında Azərbaycan idmançılarının iştirakı həm ölkəmizdə idmana göstərilən diqqət və qayğının bariz göstəricisi, həm də Azərbaycan idmançılarının həmin yarışlarda iştirak edərək qabaqcıl yerlərdən birini tutmalarında böyük şanslar deməkdir. Əgər Azərbaycan idmançıları bu yarışlarda qalib gələrlərsə bayrağımız zirvələrə yüksəldiləcək. Bu da həmin nüfuzlu idman yarışında ölkəmiz üçün növbəti böyük bir hadisəsi olacaq. Ümidvaram ki, Azərbaycan idmançıları bu yarışlarda ən yüksək yerlərdən birini tutacaqlar”.
Qeyd edək ki, Qırğızıstanın İssık-Kul gölünün sahilində yerləşən Baktuu-Dolonotu kəndindəki cıdır meydanında üçüncü Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi olub. Mərasimdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın Baş naziri Viktor Orban və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB