"Ermənistanda siyasi durum çıxılmaz vəziyyətdədir" ŞƏRH-ÖZƏL

"Ermənistanda siyasi durum çıxılmaz vəziyyətdədir" ŞƏRH-ÖZƏL

“Ermənistanda son siyasi durum çox ağırdır. Qərbin siyasi dəstəyini itirən düşmən ölkə, öz müttəfiqi olan Rusiyanın da dəstəyindən kənarda qalıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.

Politoloqun sözlərinə görə, hazırda düşmən ölkədə mövcud olan ən böyük problemlərdən biri xalqın hakimiyyətə qarşı etimadın tam şəkildə itməsidir: “Artıq Ermənistan problemlərinin həlli yollarını tamamilə itirib. Bu baxımdan deyə bilərik ki, düşmən ölkədə siyasi durum çıxılmaz vəziyyətdədir”.

Ermənistan tərəfindən Rusiyanın qıcıqlandırılması addımların atıldığını dilə gətirən R.Məmmədov söyləyib ki, bu münasibətlərin sonunda Rusiya Dağlıq Qarabağ probleminin həllində kənara çəkilərək məsələni ölkəmizə həvalə edə bilər.

Politoloq qeyd edib ki, düşmən ölkənin həyata keçirdiyi hazırkı siyasət Rusiyanı bu məsələyə qarışmamağa məcbur edə bilər: “Belə olan halda, ölkəmiz öz hüquqlarını təmin etmək istiqamətində addımlar atacaq və ordumuzun inamlı hücumu nəticəsində İşğal altında olan torpaqlarımız geri qaytarılacaq”.

Hazırkı şəraitdə danışıqların mümkünlüyünə gəldikdə R. Məmmədov söyləyib ki, bu təşəbbüs Ermənistan tərəfindən irəli sürülməlidir: “Amma təəssüf ki, düşmən ölkə bu istiqamətdə heç bir addım atmır. Düşmən ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində geri çəkilməməsi onu düşdüyü vəziyyətini daha da çətinləşdirir. Bu isə öz növbəsində düşmən ölkəyə 3 qat zərbədir. Ermənistan böyük fiasko qarşısındadır”.

Politoloq qeyd edib ki, Ermənistanın heç nəyi olmadığı üçün onu himayəyə götürəcək vəziyyətdən çıxaracaq üçüncü ölkəyə də ümid etmək mümkün deyil: “Ermənistan ölkə kimi heç kimə maraqlı deyil. Ermənistana yalnız özü kömək edə bilər ki, bunun da yolu Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasından keçir. Düşmən ölkə danışıqlara gedərək, torpaqlarımızı geri qaytarmalıdır. Yalnız bundan sonra Ermənistan öz ölkəsindəki problemləri yavaş-yavaş həll edə və xalqın etimadını qazana bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə