Yaxın keçmişdə bir-birinə yaxın olan Qurban Məmmədovla Əli Kərimli bu gün sosial şəbəkələrdə bir-birinə qarşı ittihamlar irəli sürürlər. Bu isə onu deməyə əsas verir ki, keçmiş müttəfiqlə əldə edilən maliyyə vəsaitini bölə bilmədiklərində bir-birinə təpik atmağa başlayıblar. “Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov SİA-ya açıqlamasında bildirdi ki, Qurban Məmmədovla Əli Kərimli arasında düşmənçiliyin tarixi AXC-Müsavat hakimiyyəti dövrünə təsadüf edir:
“AXC hakimiyyəti dövründə Qurban Məmmədov Baş prokuror olmaq istəyirdi”
“O zaman Q.Məmmədov Baş prokuror olmaq istəmişdi. Ancaq Elçibəyin ətrafındakı qüvvələr, o cümlədən Ə.Kərimli bu təyinata qarşı çıxmışdı. Ola bilsin ki, quyruq yarası hələ də yaddan çıxmayıb. Çünki Qurban çox ustalıqla əsl mahiyyətini gizlətməyi bacaran, yeri gələndə ilan kimi çalaraq heyfini çıxan adamdır. Ancaq düşünürəm ki, məsələ təkcə bu deyil. Avropa son dönəm də açıq-aşkar yeni qüvvələr axtarışındadır və Azərbaycan cəmiyyətində Ə.Kərimlinin gücsüz fiqur olduğuna görə ondan da imtina edir. Yeni qüvvə kimi Q.Məmmədova və onun kimi Avropada oturub, Azərbaycan iqtidarına qara yaxanlara üz tuturlar ki, istər-istəməz Qərb dairələri üçün onlar daha sərfəlidir. Belə olan halda əlindən tikəsi çıxan Ə.Kərimli ilə, bu tikəni onun əlindən çıxaran Q. Məmmədovun indiki qarşıdurması təbiidir”.
“Bunlar o kişilərdən deyil”
“Qurban Məmmədovun Əli Kərimliyə qarşı irəli sürdüyü ittihamlarından sonra xaricdəki digər mühacir şəxslər də “Milli Şura”ya qarşı iyyihamlar irəli sürməyə başlayıblar. Sizcə, bu cür qarışıq münasibətlərin səbəbi nə ilə bağlıdır” sualına cavab olaraq, T.Novruzov bildirdi ki, təbii ki, səbəb tikə məsələsidir: “Xaricdə oturub, “siyasi mübarizə” aparan adamların hər biri anti-Azərbaycan qüvvələrin maliyyəsindən yetərincə yararlanırlar və bu yararlanma da burdakı “siyasi biznes oyunu”nun iştrakçılarının büdcəsinə ciddi zərər vurur. El arasında bir söz var, düşmən də olsan, çörəyə bais olma! Əlbəttə, bu misal milli dəyərlərin daşıyıcıları olan kişilərə aiddir. Bunlar isə o kişilərdən deyil. Bir-birinin çörəyinə uf demədən bais olurlar. Belə də siyasi rəqabət dönür düşmənçiliyə. Nə qədər ki, həmin qüvvələr bir tərəfi qandırıb, digər tərəfi yandıracaqlar, belə qarşıdurmalar da nəinki səngiməyəcək, artacaq, düşmənçilik səviyyəsinə qalxacaq. Baxın, son aylara kimi xaricdəki qüvvələr Azərbaycanda məhz “Milli Şura” adlandırılan quruma inam təşviq edirdi. İndi isə bu qurumu müxtəlif formalarda suçlayır, gözdən salmağa çalışırlar. Məncə bu fakt özü dediklərimizi sübut edir”.
“Əli Kərimli artıq yorulmuş atdır və ya istifadə olunma müddəti bitmiş əski parçasıdır”
“Meydan TV-nin rəhbəri olan Emin Milli də boş dayanmayıb və Azərbaycan müxalifətini, xüsusilə də Ə.Kərimlini qorxaqlıqda günahlandırır. Ümumiyyətlə, sizcə, nəyə görə istər xaricdəki müxaliflər üçün, istərsə də Azərbaycandakı, müxalifət düşərgə üçün Ə.Kərimli arzuolunmaz şəxsdir” sualına cavab olaraq T.Novruzov bildirdi ki, Ə. Kərimli artıq yorulmuş atdır, və ya istifadə olunma müddəti bitmiş əski parçasıdır: “Məşhur dram əsərində olduğu kimi, yorulmuş atları güllələyirlər. Ancaq güllələmə demokratik bağırtılara xələl gətirə biləcəyi qorxusu onları yoranları belə üsullardan istifadə etməyə vadar edir. Bu da dünənə kimi arxasında Avropanın bəzi dairələrinin olduğunu bilib, nifrətini içində boğan digər adamlara da içini tökmək üçün münbit şərait yaradıb. Ümumiyyətlə, Ə.Kərimlinin quruculuq, birləşdiricilik deyil, dağıdıcılıq, parçalayıcılıq mövqeyini hər kəs yaxşı bilir. Bu adam AXC kimi Azərbaycanın müstəqilliyi tarixində mühüm rol oynamış bir qurumu parçalaya-parçalaya elə günə saldı ki, indi o təşkilatın qurucuları və fəalları olmuş adamların əksəriyyəti onun üzvü olduğunu danmağa məcbur olurlar. Ə.Kərimlinin bu xisləti ona keçmiş hərakatçıların da nifrətinin güclənməsinə səbəb olub. Bütün bunlar bu gün siyasi müxalifət düşərgəsindəki reallıqdır və xalq da bunu görür. Qurban Məmmədov da, Emil Milli də, digərləri də, Əlinin bu xislətini gözəl bilirlər və açıq mübarizə olan yerdə onun dilinin qısa olacağını da anlayırlar. Bu da qərbin antiazərbaycan dairələrinin işinə yarayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB