Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Azərbaycan Respublikası Rabitə və İnformasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür
- Batı Xan və onun rəhbərlik etdiyi Qızıl Orda ordusu Kiyev şəhərini fəth edib (1240)
- Xristofor Kolumb qızıl axtarmaq üçün Santa Dominqo adasına gedib (1492)
- ABŞ Konqresi Nyu-York şəhərindən Filadelfiya şəhərinə köçüb (1790)
- ABŞ prezidenti Abraham Linkoln Minnesotadakı Sioux üsyanında iştirak edən 303 yerli aborigendən 39-nun asılmasına qərar verib, qərar dekabrın 26-da icra olunub (1862)
- Tomas Edison ilk dəfə səsi lentə yazıb (1877)
- Finlandiya Rusiya İmperiyasının asılılığından azad olub öz dövlət müstəqilliyini elan edib (1917)
- Kanadada ilk dəfə xəstələrin müalicəsində insulindən istifadə olunub (1922)
- Fransa və Almaniya öz aralarında dostluq müqaviləsi imzalayıblar (1938)
- Yunanıstan Albaniyanın Premete kəndini işğal edib (1940)
- Böyük Britaniya Rumıniya, Macarıstan və Finlandiyaya muharibə elan edib (1941)
- Hindistan Pakistanın tərkibindən çıxan Şərqi Pakistan əyaləti əsasında birtərəfli qaydada dövlət müstəqilliyini elan edən Banqladeş Xalq Respublikasını tanıyıb. Bu səbəbdən Pakistan Hindistanla bütün diplomatik əlaqələri kəsib (1971)
- Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilib (2009)

Bütün xəbərlər Facebook səhifəmizdə