Şahin İsmayılov: “Azərbaycan Cənubi Qafqazın aparıcı lider dövlətidir” AÇIQLAMA

Şahin İsmayılov: “Azərbaycan Cənubi Qafqazın aparıcı lider dövlətidir” AÇIQLAMA

“Təbii ki, dünyada həm iqtisadi həm də, siyasi nüfuzuna görə fərqlənən bir ölkənin siyasi rəhbərinin ölkəmizə səfəri bütövlükdə çox böyük bir hadisə idi”. Bunu SİA-ya açıqlamasında Millət vəkili Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, səfər bütövlükdə dünya mediasının da əsas hadisələrindən birinə çevrilmişdir: “Angela Merkelin Azərbaycana səfəri zamanı ölkə Prezidenti İlham Əliyevlə görüş keçirildi və danışıqlar, söhbətlər aparıldı. Bütövlükdə Angela Merkelin Bakıda səsləndirdiyi fikirlər, müzakirələr onu göstərdi ki, Azərbaycan Cənubi Qafqazın aparıcı lider dövlətidir və Azərbaycan Almaniyanın bu regionda ən böyük iqtisadi tərəfdaşıdır. Bəzi insanlar fikirləşirdilər ki, nümayəndə heyətinin tərkibində olan deputatlardan birinin icazəsiz olaraq işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsi və buna görə, onun bizim ölkənin ərazisinə buraxılmaması Angela Merkelin səfərinə müəyyən formada təsir göstərəcək və guya burda onun səfərinin təxirə salınması məsələləri də var idi. Bununla bağlı Angela Merkel məhz Ermənistanda jurnalistin sualına cavab verdi ki, “bizim Azərbaycana səfərimiz bu məsələdən daha vacibdir”. Burada Azərbaycan özünün həm bərabər hüquqlu bir dövlət kimi göstərdi, həm beynəlxalq hüququn normalarına uyğun davrandı, həm də göstərdi ki, artıq Azərbaycan dünya siyasətində oturuşmuş xarici və daxili siyasət həyata keçirən bir ölkədir. Səfər zamanı cənab Prezidentlə olduqca vacib məsələlər haqqında geniş müzakirələr oldu. Həm iqtisadi, həm də siyasi sahədə müəyyən danışıqlar həyata keçirildi. Düşünürəm ki, bundan sonrada da Azərbaycan - Almaniya əlaqələri daha da inkişaf edəcək. Bu fakt təsdiq edir ki, artıq Azərbaycan bütövlükdə dünya siyasətinə, dünya iqtisadiyatına yaxşı mənada təsir etmək qabiliyyətinə malik olan bir ölkəyə çevrilmişdir. Avropanın enerji təhlükəsizliyinin təminatında artıq Azərbaycan mühüm rol oynayır. Biz təbii ehtiyatlarımızı dünya bazarına, xüsusilə Avropa bazarına çıxarırıq və yaxın zamanlarda biz öz qaz xətlərimizi də işə salacağıq və Avropanın enerji təhlükəsizliyində bu öz rolunu oynayacaqdır. Bundan başqa çox mühüm strasteji nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Böyük meqalayihələr icra olunur, bütövlükdə ərazimizin kiçik olmasına baxmayaraq müqayisədə Azərbaycan öz uğurlu siyasəti ilə öz ərazisini təkcə region üçün deyil, bütövlükdə qitə üçündə əhəmiyyətli bir rola gətirib çıxara bilmişdir. Bu Cənab Prezidentin adından olan bir məsələdir. Azərbaycanın dəstəyi olmadan bu regionda hər hansı bir böyük layihə həyata keçirilə bilməz. Azərbaycan tam şəkildə öz qərarlarını verir, müstəqil xarici siyasət yeridir. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan öz strateji hədəflərinə doğru uğurla getdiyi kimi, yaxın gələcəkdə Dağlıq Qarabağ məsələsinin həllinə də nail olacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə