Rusiyada təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 83 adam yaralanıb

Rusiyada təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 83 adam yaralanıb

Moskva yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində iki adam ölüb, 83 adam xəsarət alıb. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, rəsmilər Dağıstan hava yollarına məxsus TU-154 təyyarəsinin 176 sərnişinlə Moskvadan havaya qalxdığını bildiriblər. Lakin təyyarə sonradan məcburi yerə enərək, sürüşüb və ikiyə parçalanıb.

Rəsmilər bildirir ki, 1970-ci illərdən qalma təyyarənin pilotu mühərriklərdən üçünün sıradan çıxdığı haqda xəbər verib. TU-154 təyyarəsi çox səs etdiyinə görə onun Avropanın bəzi hissələrində istifadəsinə icazə verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə