Aydın Quliyev: "Alman jurnalistinin sualında qərəz motivləri aşkar görünür" RƏY-ÖZƏL
“Bakıda Almaniya Kansleri Angela Merkelin Azərbaycanla münasibətləri daha da dərinləşdirməyə yönəlmiş cəhdləri ilə yanaşı, iki ölkənin münasibətlərinə kölgə salmaq istəyən qərəzli jurnalistləri də gördük. Mətbuat konfransında bir alman jurnalistinin Əfqanıstanla Azərbaycanı qarışıq salmasının məqsədli, ya texniki yanlış olduğunu kənara qoysaq, yenə də sualda qərəz motivləri aşkar görünür”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor bildirib ki, Azərbaycan Prezidentinin alman jurnalistinin sualına nə qərəzini, nə də ad yanlışlığını üzünə vurmadan təmkinli və faktoloji cavabı ona yaxşı dərs olmalıdır.
A.Quliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev mətbuat konfransındakı cavabı ilə əsl dövlət başçısının və əsl jurnalistin necə olmalı olduğunu göstərdi: “Azərbaycan Prezidentinə qərəzli sual verən alman jurnalistinin öz peşə qaydalarına nə qədər saymaz və hörmətsiz yanaşdığı təəssüf doğurur. Əgər həmin jurnalist İrəvanda Paşinyana erməni hakimiyyətlərinin nəinki tək-tək insanların haqqına, hətta bütöv millətlərin və xalqların haqlarına necə təcavüz etdikləri barədə sual versəydi, bilərdik ki, o sifariş aldığı dairələrə yox, jurnalistikanın və beynəlxalq humanitar proseslərin qızıl dəyərlərinə xidmət edir”.
Baş redaktor vurğulayıb ki, jurnalistin Azərbaycana qərəzli yanaşması həm də Almaniya dövlətinin Azərbaycanla əlaqələri dərinləşdirmək kursuna qarşı yönəlib: “Azərbaycan Prezidenti Almaniyanın Kansleri ilə keçirilən birgə mətbuat konfransında ölkəmizin reallıqlarını dəqiq göstərdi, qərəzli alman jurnalisti isə sadəcə özünü ifşa etdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB