Gürcüstana səfəri başa çatan Almaniya kansleri Angela Merkel Ermənistana gəlib. SİA xəbər verir ki, İrəvanın "Zvartnots" hava limanında kansleri Ermənistanın baş naziri Nikol Paşinyan qarşılayıb.
Məlumata görə, Merkellə Paşinyan birgə mətbuat konfransı keçirəcək, jurnalistlərin suallarını cavablandıracaqlar. Səfər çərçivəsində Merkel Ermənistan prezidenti Armen Sarkisyanla da görüşəcək.
Almaniya kanslerinin qondarma soyqırımı abidəsini ziyarət edəcəyi də gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB