ABŞ prezdenti Barak Obama gözlənilmədən Əfqanıstana səfər edib. SİA-nın xəbərinə görə, Bəqram hava bazasında olan prezident İraqdakı ABŞ qüvvələri ilə görüşməli, onlara xidmətlərinə görə təşəkkürünü bildirməlidir.
Barak Obamanın ABŞ-ın region üzrə müşavirləri ilə də görüşü planlaşdırılıb. Hava şəraitinin pisliyi ABŞ dövlət başçısının Əfqanıstan prezidenti Həmid Kərzayi ilə Kabil görüşünə mane ola bilər.
Prezidentin Əfqanıstanda cəmi bir necə saat qalacağı deyilir. Bu, Barak Obamanın prezidentiliyə başlamasından bəri Əfqanıstana ikinci səfəridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB