AMİP Siyasi Şurasının iclası keçirilib

AMİP Siyasi Şurasının iclası keçirilib

Bu gün AMİP Siyasi Şurasının iclası keçirilib. Partiyadan SİA-ya verilən xəbərə görə, iclasda parlament seçkilərindən sonra ölkədə yaranmış vəziyyət, partiyanın atacağı addımlar, müxalifətin inteqrasiyası, Dağlıq Qarabağ problemi, eləcə də son dövrlərdəki qiymət artımı ilə bağlı məsələlər müzakirə olunub.

Geniş və hərtərəfli müzakirələrdən sonra AMİP Siyasi Şurası 7 noyabr parlament seçkilərinin cəmiyyətdəki qarşıdurmaların və zidiyyətlərin daha da dərinləşməsinə, seçkilərə inamın bir qədər də azalmasına təkan verdiyi qənaətinə gəlib. Bu seçkilər Azərbaycanın beynəlxalq imicinə də ciddi təsir göstərdi. Siyasi Şura AMİP-in müxalifətin inteqrasiya istiqamətində göstərdiyi təşəbbüslərin daha da artırılmasını, siyasi qüvvələrlə əməkdaşlığın genişləndirilməsini məqbul hesab edib.

Dağlıq Qarabağ problenin həlli istiqamətində aparılan danışıqların səmərə vermədiyi üçün münaqişənin həllinin BMT səviyyəsinə qaldırılmasını məqbul sayan partiyanın Siyasi Şurası seçkidən əvvəl milli həmrəyliyə nail olunması üçün ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlarla təmasları davam etdirilməsi qərarına gəlib.

Ölkədə bahalaşmanın tüğyan etməsindən narahat olan AMİP Siyasi Şurası bunun təhlükəli həddə çatmasının qarşısının alınması üçün hökumətdən zəruri tədbirlərin həyata keçirilməsi tələbini irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə