"Maarifpərvərlik" Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) Lənkəranda tədbir keçirib. SİA-nın cənub bürosunun məlumatına görə, 4 günlük təlim kurslarına Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi və Lənkəran Peşə Litseyinin şagirdləri cəlb olunublar.
"Yeniyetmələr üçün həyat bacarıqlarının inkişafı" adlı kursa hər bir müəssisədən 20 şagird olmaqla, ümumilikdə 40 nəfər şagirdə müvafiq bilik və informasiya aşılanıb.
Təlim zamanı iştirakçılara ünsiyyət və şəxsi bacarıqların artırılması, gender və stereotiplər, tolerantlıq, şəxsi gigiyena və zərərli vərdişlərə qarşı mübarizə haqqında geniş məlumat verilib.
Ətraflı müzakirələrdən, işgüzar və interaktiv oyunlardan sonra bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB