Dekabrın 4-də, Ambassador Otelində Milli Net -2010 qaliblərinin mükafatlandırılmasına həsr olunan təqdimat mərasimi keçiriləcək. Milli Net Təşkilat Komitəsindən SİA-ya verilən xəbərə görə, 14 Nominasiya üzrə 74 Nominant arasında keçirilən Milli İnternet Mükafatı uğrunda müsabiqədə 2-ci səsvermə artıq 2 dekabr tarixində başa çatıb.
Hər bir Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə müsabiqənin əsas mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Eyni zamanda nominantlara müsabiqənin diplomlarının verilməsi nəzərdə tutulub.
Təqdimat mərasimində İnternet ictimaiyyətinin nümayəndələrinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Təqdimat mərasiminin İnternetdə birbaşa yayımlanması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB