Şahbuzda əlil və şəhid ailələrinə yeni fərdi evlərin orderləri təqdim olunub
Şahbuz rayonunda Azərbaycan Vətən müharibəsi və hərbi xidmət zamanı sağlamlığını itirən 3 əlilə və 1 şəhid ailəsinə yeni fərdi evlərin orderləri təqdim olunub.
SİA-nın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 2-də Şahbuz rayonunda Azərbaycan Vətən müharibəsi və hərbi xidmət zamanı sağlamlığını itirən 3 əlilə və 1 şəhid ailəsinə yeni fərdi evlərin orderlərini təqdim edib.
Azərbaycan Vətən müharibəsi əlillərindən Firəddin İsmayılov Badamlı, Qurban Məmmədov Şada kəndlərində, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş Elnur Məmmədov Şahbuz şəhərində, şəhid ailəsi Zümrüd Alməmmədova isə Keçili kəndində fərdi evlə təmin olunublar.
Ali Məclisin sədri fərdi evlərlə təmin olunanları təbrik etmiş, onlara yeni mənzillərində ailə səadəti, firavan həyat arzulayıb.
Vasif Talıbov Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatı üçün inşa ediləcək yeni binanın ərazisinə baxmış, müvafiq tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB