Lənkəranda Beynəlxalq Əlillər günü münasibətilə 5 nəfərə əlil arabaları verilib. SİA-nın cənub bürosunun məlumatına görə, mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rüstəm Qurbanov əlil ailələrinə dövlətimizin göstərdiyi diqqət və qayğıdan danışıb və bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin daha çox həssas təbəqəsinin ehtiyaclarına diqqətin cəlb edilməsidir. O əlavə edib ki, bu gün Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirənlərə, 20 Yanvar və Qarabağ müharibəsi əlillərinə, fiziki cəhətdən əlilliyi olan insanlara qayğı dövlətimizin davamlı siyasətidir.
Beynəlxalq Əlillər günü münasibətilə fiziki cəhətdən ehtiyacı olanlara 5 əlil arabası verilməklə yanaşı, 30 əlil məktəbliyə və 200 nəfər sağlamlıq imkanları məhdud olan şəxslərə maddi yardımlar göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB