Barak Obama Rusiya ilə yeni nüvə sazişinin milli təhlükəsizlik üçün vacib olduğunu deyib
ABŞ prezidenti Barak Obama deyib ki, Rusiya ilə yeni nüvə sazişi milli təhlükəsizlik üçün vacibdir, lakin başlıca prioritet Amerikanın orta sinfi üçün vergiləri azaltmaqdır. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Obama Demokrat və Respublikaçı Konqres liderləri ilə görüşündən sonra jurnalistlərə açıqlama verib.
Prezidentin sözlərinə görə hər iki tərəf birgə işləmək üçün səmimiyyət nümayiş etdirib. START kimi tanınan müqavilə ABŞ və Rusiyanın nüvə arsenalını 30% azaltmağı nəzərdə tutur. Obama deyib ki, nüvə paktını hər iki partiyadan olan hərbi rəsmilər və diplomatlar dəstəkləyirlər. Bəzi respublikaçılar sazişlə bağlı narahatlıqlarını izhar edərək, bunun Amerikanın raketdən müdafiə səylərinə ziyan vuracağından gileylənirlər.
Nümayəndələr Palatasının spikeri olacaq Con Beyner deyib ki, Konqresdəki respublikaçılar yekdilliklə razılaşırlar ki, vergi endirimləri və hökumət xərclərinin azaldılması başlıca prioritet olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB