Paşinyan mitinq üçün darıxdı və...

Paşinyan mitinq üçün darıxdı və...

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanın Respublika meydanında mitinq çağırıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, mitinq baş nazirin hakimiyyətinin ilk 100 günlük dövrünə görə çağırılıb. Respublika meydanında Paşinyan 100 gün ərzində baş nazir kimi gördüyü işlər barədə danışacaq.

“Tezliklə mənim baş nazir olmağımın 100 günü tamam olacaq və bu münasibətlə sizi avqustun 17-də Respublika meydanında böyük mitinqə dəvət edirəm. Mitinqdə görüşməliyik, çünki sizin üçün çox darıxmışam. Biz 100 gün ərzində Ermənistan üçün etdiklərimizdən danışacayıq və gələcəkdə Ermənistanın inkişafı üçün planlarımızdan da söhbət açacayıq”, - deyə, Paşinyan bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə