Nikol Paşinyanın siyasi savadsızlığı Ermənistanı uçuruma aparır ANALİZ
Mübariz Əhmədoğlu: "Erməni radikallarda başa düşürlər ki, Paşinyan oğlunun adından manipulyasiya edir"
İşğalçı Ermənistanın sosial-iqtisadi cəhətdən vəziyyətin daha da pisləşdiyi, ölkədə tənəzzül prosesinin durmadan genişləndiyi müşahidə olunur. Ölkənin iqtisadi cəhətdən xaricdən asılı olması isə yaşanan problemlərin daha da dərinləşməsinə gətirib çıxarır. Bunun səbəbini yeni baş nazir Nikol Paşinyanın sələfi Sarkisyandan fəqrqlənməyən siyasəti eləcə də, iqdisadi və hərbi savadsızlığı ilə bağlıdır. Halbuki, Ermənistan hakimiyyəti inqalbi dəyişiklikdən sonra yeni seçilən baş nazir Nikol Paşinyan xalqına müraciətində demişdir ki, bundan sonra Ermənistan iqdisadiyyatı yüksələn xətlə inkişaf edəcək və bütün sferalarda islahatlar aparılacaq.. Ancaq Paşinyanın 3 aylıq hakimiyyət dönəmini təhlil edən siyasi şərhçilər və araşdırmaçı erməni yazarlar ölkədə heç bir inkişaf və islahatlar getmədiyinin qeyd edirlər. Sabiq prezident Serj Sarkisyanın dövründən qalan tənəzzül, iflas, korrupsiya, bürokratik əngəllər bu gündə davam etməkdədir. Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Serj Sarkisyanın tərəfdarlarını vəzifələrdən çıxarmala və ya bir qismini həbsə atdırmaqla bir növ işini bitmiş hesab edir.
Ermənistan geridə qalmış ölkə kimi hər zaman Rusiyanın köməyi hesabına yaşayan bir ölkə olduğu sirr deyil. İndi isə Nikol Paşinyan Avropa dəirələrin köməyinə güvənərək yardım istəməsidə ölkənin iflas kökündə olduğu aydın şəkildə görmək mümkündü. Bədbəxt N. Paşinyan Brüssel görüşündən əliboş qayıtması və ölkəni bu kritik vəziyyətdən necə çıxacağı haqqında hələ çox düşünəcək. Lakin dəfələrlə qonşu ölkələr rəsmi Ermənistana bəyan etmişdir ki, Azərbaycanın torpaqlarını sülh yolu ilə qaytar və əvəzində Azərbaycan və Türkiyə ilə iqdisadi əlaqələr qurmaqla ölkənizi iqdisadi çətinliklərdən qurtara bilərsən. Ancaq N.Paşinyan S.Sarkisyanın yolunu tutub getməsi erməni xalqını daha da iflas vəziyyətinə salır.
Vladimir Yevseyev: "Ermənistan rəhbərliyi Rusiyaya əlavə problemlər yaratmağa çalışır"
Qatı ermənipərəst mövqeyi ilə tanınan MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasəti kəskin tənqid edərək bildirib ki, onu da keçmiş prezidentlərin taleyi gözləyir. "Svobodnaya Pressa" qəzetinə müsahibə verən Yevseyevin fikrincə, Paşinyan Qərb stulunda oturmaqla Ermənistanın beynəlxalq arenadakı mövqeyini dəyişmək niyyətindədir. Lakin buna cəhd edərkən mövcud reallıqları görməzlikdən gəlir və belə bir şəraitdə Rusiyanın hələ də Ermənistanın təhlükəsizliyini təmin etməsini və əvvəlki ölçüdə dəstək verməsini istəyir ki, bu da tamamilə absurd və qəbuledilməzdir: "Serj Sarkisyan iki stulda əyləşmişdi. Nikol Paşinyan isə başlıca olaraq, Qərb stulunda əyləşmək istəyir. Amma bununla belə, Rusiyadan müəyyən imtiyazlar - ucuz təbii qaz, güzəştli şərtlərlə silah almaq istəyir. Və tələb edir ki, Rusiya Ermənistanı müdafiə etsin, onun təhlükəsizliyini qorusun. Əgər istəyirsən ki, səni Qərb dəstəkləsin, onda qoy Dağlıq Qarabağ bölgəsində də səni Qərb qorusun. Qoy Türkiyə qarşısında sənin təhlükəsizliyinlə NATO-nun üzv dövlətləri məşğul olsunlar. Əgər Qərblə daha sıx əməkdaşlığa niyyətlisənsə, təhlükəsziliyinin qayğısına da Qərbdəki tərəfdaşların qalsınlar".
Rusiyalı ekspert Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətdə olan baş katibi Yuri Xaçaturovun 2008-ci ilin mart qırğınında ittiham edilməsinə də münasibət bildirərək, bunu Rusiyaya qarşı təxribat kimi qiymətləndirib. Onun sözlərinə görə, Paşinyanın bu davranışları birtərəflidir və Ermənistan konstitusiyasına ziddir: "KTMT-yə üzv olan dövlətlərin əksəriyyəti təşkilatın baş katibi postuna Ermənistandan bir nümayəndənin təyin edilməsinə ciddi şəkildə qarşı çıxırdılar. Xüsusən də Qazaxıstan. Nəticədə uzun müddət bu post boş qaldı. Xaçaturov yalnız böyük çətinliklərdən sonra 2017-ci ildə baş katib təyin edildi. Amma indi Ermənistan rəhbərliyi Rusiya ilə məsləhətləşmədən Xaçaturovu dövlət çevrilişində ittiham edir. Və bütün bunlar Paşinyanın Brüsseldəki NATO sammitinə qatılması, alyansın üzvlərini Ermənistana siyasi dəstəkdən əlavə, lazımi maddi kömək göstərməməkdə ittiham etməsi fonunda baş verir. KTMT-də onsuz da bir çox problemlər var və aydındır olur ki, Ermənistan rəhbərliyi Rusiyaya əlavə problemlər yaratmağa çalışır."
Paşinyan erməni lobbisinin əlində oyuncaqdır
Bir sözlə acınacaqlı siyasi situasiya ilə üzləşən N. Paşinyan necə deyərlər Ermənistanı iflasdan iflasa sürükləməkdədir. Bu faktdır ki, Ermənistanın heç bir sərvəti olmayan, qonşu ölkələrlə iqdisadi potensialı olmayan və nədən qazanıb iqdisadiyyat quracağı bəlli deyil. Nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq. Bunu dərk etmək çətin olmasada, N.Paşinyan anlamaq istəmir. Çünki müstəqil deyil, böyük güclərin, erməni lobbisinin əlində oyuncaqdır. Qondarma gedişlər etməklə itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır.
Hətta şou xarakteri oyun oynamaqda mahir olan Paşinyan oğlunun hərbi xidmətini Azərbaycanın işğal altındakı ərazisi olan Dağlıq Qarabağda keçməyə göndərib. Siyasi innovasiya Texnalogiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu SİA-ya açıqlamasında N.Paşinyanın ağıllı, savadlı, dərin düşüncəli rəhbər olmadığını bildirib: "Fikir vermisinizsə "Exo Moskvı" televiziyasına verdiyi müsahibəsində Paşinyan deyir ki, mən oğlumu Dağlıq Qarabağa sülh məqsədi ilə göndərmişəm, hansı ki, müharibə olmayan yerə. Amma müsahibənin digər bölümündə bildirir ki, əgər mənim oğlum ordadırsa və öz ölkəmi, xalqımı qorumaqdan ötrü heç nəyimi əsirgəmiyəcəm. Bilirsiniz N.Paşinyanın dedikləri fikirlər bir-birinə zidd mövqeyidir. Birincisi, oğlunu Dağlıq Qarabağa göndərməklə dərin düşüncəli yox əksinə dayaz düşüncəli adam olduğunun nəticəsi kimi qəbul etmək lazımdır. İkincisi, onun oğlunun hərbi xidmət yaşı Ermənistan qanunlarına görə 4-5 il bundan qabaq keçib. Onun oğlu Baltikyanı dövlətlərin birində, elədə nufuzu olmayan ali məktəbə daxil oldu və orada təhsil aldı. Ermənistan qanunlarına görə 18 yaşı tamam olan gənclər ali məktəblərə qəbul olunmurlar, hərbi xidmətə getməlidirlər. Yalnız istedadlı gənclərə hərbidən möhlət verilir ki, onlar nüfüzlu ali məktəblərə daxil olsunlar. Amma N.Paşinyanın oğlunun elə bir istedadı yoxdur. O vaxtlar demoqoq deputatlardan idi ki, həyasızlıq edib, oğlunu hərbi xidmətə getməyə qoymadı. İndi baş nazir olaraq, oğlunu hərbi xidmətə göndərməklə populistlik edir. Düşünür ki, radikallar gələcəkdə mitinq edərlər və yaxud hakimiyyəti devirə bilərlər, bu halda radikal qrupların gözünə soxmaq istəyir ki, o, oğlunu hərbi xidmətə göndərib. Yəni, oğlunu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə xidmət etməyə göndərməklə sadəcə, radikallar qarşısında siyasi xal yığmağa ümid bəsləyir".
M.Əhmədoğlunun sözlərinə görə, erməni radikallarda başa düşürlər ki, Paşinyan oğlunun adından manipulyasiya edir: "Mənim şəxsən oxuduğuma görə N.Paşinyanın oğluna Xənkəndidə kirayə mənzil axtarırlar ki, orada yaşasın. Adı olacaq ki, guya Paşinyanın oğlu Dağlıq Qarabağda xidmətdədir. Məsələ aydındı ki , hərbi xidmət adı altında kef edəcək".
"Azərbaycan kəşfiyyatı N.Paşinyanın oğlunu qansuz olaraq ölkəmizin ərazisinə daxil olduğu üçün həbs edə bilərmi" sualına cavab olaraq politoloq bildirdi ki, qanuni və yaxud qanunsuz istənilən erməni Dağlıq Qarabağa və Azərbaycanın ətraf rayonlarına ayaq qoyursa, hökmən Azərbaycandan icazə almalıdır, yəni erməni və yaxud qeyri-erməni: "Beynəlxalq qanunlar, hüqüqi qaydaları var. Dağlıq Qarabağ de-yure Azərbaycan Respublikasının ərazisidir. Azərbaycanın ərazi bütövlüyü BMT-nin, ATƏT-in sənədləri, qərarları ilə öz təsdiqini tapıb. Hər hansı səbəbdən Azərbaycan həbiçisinin açdığı atəş nəticəsində Paşinyanın oğlu öldürülərsə və yaxud Azərbaycan kəşfiyyatının keçirdiyi xüsusi əməliyyatı nəticəsində tutularsa, bu halda məsuliyyət N.Paşinyanın üzərində qalacaq. Sizin sualınıza cavab olaraq əlavə iki nüansı demək istəyirəm".
M.Əhmədoğlu onu da bildirdi ki, beynəlxalq məhkəmələrdə ən vacib məsələ Azərbaycan tərəfdən Ermənistanın Dağlıq Qarabağa müdaxiləsi sübut edən arqumentlər və faktlarlardır: "Mən 10-15 il qabağın faktlarını deyirəm. İndi ən yaxşı sübut və fakt əlimizdədir. N.Paşinyan Ermənistan vətəndaşıdır və baş naziridir. Oğlunun Ermənistan vətəndaşı olaraq Dağlıq Qarabağda xidmət keçməsi o deməkdir ki, Dağlıq Qarabağ müstəqil deyil, amma İrəvan tərəfindən idarə olunur. Bu fakt beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeyini xeyli yaxşılaşdırdı. Kəşfiyyatçılarımız nə edəcək və nə iş görəcək bilmirəm, amma bu arzuolunandır ki, hüquqşunaslarımız məhs N.Paşinyanın oğlunun Dağlıq Qarabağda xidmət keçməsi və Dağlıq Qarabağı İrəvandan idarə edilməsi faktını beynəlxalq məhkəməyə versin. Bu çox vacib məsələdir. N.Paşinyan bu hərəkətləri ilə nəqədər qammaz, savadsız olsada, o başa düşür ki, Prezident İlham Əliyevlə görüşməsi onun səviyyəsi deyil".
Zakir Rəhimli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB