Qabil Hüseynli: “İrəvanda vəziyyət daha da gərginləşəcək" ÖZƏL-MÜNASİBƏT
“Ümumiyyətlə tezliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşklatının (KTMT) erməni baş katibi Yuri Xaçaturov da həbs olunacaq”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Xaçaturovun KTMT-nın baş katibi vəzifəsindən azad olunması üçün Rusiyaya müraciət edilib: “Eyni zamanda Rusiyadan başqa digər iştirakçı dövlətlərə də müraciət edilib. O artıq demək olar ki, vəzifəsini dayandırıb. Təbii ki, onun həbs edilməsi bu günlərdə baş tutacaq. Hətta Ermənistanın keçmiş prezidenti Serj Sarksiyan da həbs ediləcək. Zənnimcə, bu kimi məsələlər İrəvanda, o cümlədən Dağlıq Qarabağda vəziyyəti daha da gərginləşdirəcək. Çünki həbslər dalğası genişlənir və bu Qarabağa da çata bilər. Bütövlükdə həbslər Serj Sarkisyanın komandasına daxil olan hərbçilərdən, məmurlardan tutmuş yüksək vəzifəli şəxslərə qədər hamısını əhatə edə bilər. Bu isə böyük gərginlik deməkdir. Ermənistanın baş naziri Nikol Paşinyanın isə bütün bunlardan necə baş çıxaracağını söyləmək çətindir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB