Çin Şimali və Cənubi Koreyanın birləşməsini istəyir

Çin Şimali və Cənubi Koreyanın birləşməsini istəyir

Çin Şimali və Cənubi Koreyanın birləşməsini istəyir. Dünyanı silkələyən "Wikileaks" sənədləri arasında bu iddialar da var. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sənədlərə əsasən, Cənubi Koreyanın keçmiş xarici işlər naziri Çun Yunq Vo Amerikanın Seuldakı səfiri Ketlen Stefen ilə görüşündə Çində yetişən yeni nəsil gənc diplomatların Şimali Koreyanı güvənilən müttəfiq saymadıqlarını, yarımadada yeni silahlı toqquşma görmək istəmədiklərini söyləyib.

Çun Pxenyanın iqtisadi baxımdan çökdüyünü və lider Kim Çen İrin ölümündən sonra siyasi parçalanmanın yaşanacağını da bildirib. O, belə bir parçalanma baş verəcəyi təqdirdə Çinin öz nəzarətində yarımadanın təkrar birləşməsini görməyi arzu etdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə