Daşnaksyutun: “Robert Köçəryana qarşı ittihamın irəli sürülməsi siyasi təqibdir” ETİRAZ

Daşnaksyutun: “Robert Köçəryana qarşı ittihamın irəli sürülməsi siyasi təqibdir” ETİRAZ

Erməni İnqilab Federasiyası Daşnaksyutun 1 mart hadisələri ilə bağlı Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı irəli sürülmüş ittihamı pisləyən bəyanat yayıb. SİA-nın “lragir.am”a istinadən verdiyi məlumata görə, sözügedən bəyanatda bildirilir ki, Robert Köçəryanın konstitusiya quruluşunu devirməklə 1 mart hadisələrini törətməkdə ittiham olunması qəbuledilməzdir. “Bu addımı təhlükəli hesab edirik”-deyə bildirilən bəyanatda mövcud halın siyasi təqib kimi qiymətləndiriləcəyi bildirilir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə