Aİ-nin Azərbaycandakı nümayəndəliyində bayraqlar endirilib

Aİ-nin Azərbaycandakı nümayəndəliyində bayraqlar endirilib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyində Yunanıstanda baş verən meşə yanğınlarında çoxsaylı insan tələfatı ilə əlaqədar bayraqlar endirilib. Bu barədə SİA-ya nümayəndəlikdən bildirilib.

Xatırladaq ki, Yunanıstanda baş vermiş meşə yanğınları nəticəsində 79 nəfər ölüb, 187 nəfər (164 yetkin şəxs və 23 uşaq) xəsarət alıb. Təsdiq olunmayan məlumatlara görə, 100-dən çox insan itkin düşmüş sayılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə