“Hər ötən gün Ermənistan hakimiyyətində təmsil olunanların “ixtisaslaşmış” olduğu bir daha sübuta yetirilir. Göründüyü kimi onları dəyişmək mümkün deyil. Belə təəssürat yaranır ki, Ermənistanda yaranmayan hakimiyyət "piramidası" artıq dağılır”. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə bunu “İrates” qəzeti yazır.
Yazıda bildirilir ki, Ermənistanda çatlar təkcə daxili siyasətdə deyil, ilk növbədə xarici siyasətdə özünü göstərməkdədir: “Rusiya üçün Ermənistanın yeni hakimiyyəti anlaşılmaz hibrid kimidir. Deyilənlərə görə, yaxın müddətdə Moskva-İrəvan arasında münasibətlər “anlaşmaz divar”a söykənəcək. Bu, Ermənistanın baş nazirinin keçirdiyi son mətbuat konfransında söylədikləri fikir konteksti əsasında ortaya çıxıb”.
Ermənistanın ABŞ və Avropa Birliyi ilə də münasibətləri də yaxşı deyil: “Paşinyan - Svitalskiy diskussiyasını, iki baş nazir müavinlərinin ABŞ və Kanada “tur”larını xatırlasaq, görüşlərin nəinki aşağı səviyyədə keçirildiyini, hətta investisiya məsələsində heç bir nailiyyətin əldə olunmadığını görərik.
Ermənistan xarici siyasətdə özü ilə tək qalıb. Ölkənin “maraqlı” təkliflərə hazır olduğunu demək çox çətindir. Yeni hakimiyyətin, xüsusilə də Paşinyanın ifadələri bu istiqamətdə müsbət nəsə deməyə şübhə yaradır.
Çoxsaylı problemlər.
Paşinyan daxili və xarici problemlərin qarışığında təkbaşına oynamağa qərar verib: “Tək oyunçu olan Paşinyanın siyasi qüvvələr, eləcə də, hakimiyyət üzvləri ilə çoxsaylı problemləri var. Onların bir çoxu Paşinyanın komandasında olan şəxslərdir ki, artıq həmin şəxslərlə böyük mübarizə başlayıb. Bunun mərkəzində duran şəxs isə Daniel İoannisyandır. Hazırda onlar arasında mübarizə üstüörtülü şəkildə davam edir. Paşinyanın mətbuatla da böyük problemləri var. Yeri gəlmişkən, o, media liderlərinin tanınmış bəyanatına da reaksiya göstərmədi. Keçmiş jurnalist mətbuatın səsləndirdiyi həyəcan siqnallarının “anti-dövlət” yanaşması olduğunu söyləməklə kifayətlənmiş oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB